Balqabaqlı, isbanaqlı tort

Ərzaqlar:
4 yumurta
1 st. şəkər tozu
1 vanil
1 qabartma tozu
5 x.q. un
1 dəstə ispanaq yarpağı
Ortası üçün:
2 dilim balqabaq
1 armudu st. şəkər tozu
Kremi üçün:
4 st. süd
2 x.q. un
2 x.q. nişasta
1 vanil
1 paket kremşanti çalınmış
Hazırlanması:
Əvvəlcə bir qazana balqabağı doğrayıb tökürük . Şəkət tozu və bir az su əlavə edib bişiririk. Bişdikdən sonra balqabağı əzib püre halına gətiririk. qarışdırma qabına yumurtaları qırırıq üzərinə şəkər tozunu əlavə edib mikserlə köpüklənənə qədər çalırıq. İspanaq yarpağını qaynar suda öldürürük sonra soyuq suya qoyuruq. Sudan çıxardıb blenderlə püre halına gətirib, yumurta qarışığına əlavə edib mikserlə çalırıq. Qabartma tozunu, vanili və unu töküb təkrar mikserlə çalırıq. Yağlanmış biskvit qabına yağlı kağız sərib qarışığı tökürük. 180 dərəcədə sobada bişiririk. Kremi üçün südü bir qazana tökürük , şəkər tozunu, unu, nişastanı, vanili əlavə edib çırpma teliylə qarışdıraraq bişiririk. qaynadıqdan sonra ocağın altını söndürüb soyumağa qoyuruq. soyuduqdan sonra çırpılmış şantini də qatıb mikserlə çırpırıq. Soyumuş biskviti ikiyə bölürük. Üzərinə balqabağı sonrada kremin yarısını çəkirik. İkinci biskviti üzərinə qoyub qalan kremi hər tərəfinə çəkirik. Üzərini də istədiyiniz kimi bəziyə bilərsiniz. Nuş olsun!