Mərciməkli, küftəli şorba

Ərzaqlar:

1 dəstə ispanaq

1 armudu st. yaşıl mərcimək

3 diş sarımsaq

2 x.q. kərə yağı

1 x.q. tomat pastası

1 baş orta soğan

Nar turşusu

Duz, su

Küftəsi üçün:

1,5 st. xırda bulqur

1 yumurta 1 x.q. un

kimyon

Duz, istiot Su

Hazırlanması:

Küftəsi üçün xırda bulqurun üzərinə bulquru örtəcək qədər qaynar su töküb qapağını bağlayırıq. Suyunu çəkənə kimi gözləyirik. Üzərinə duz, un, yumurta və ədvalarını töküb yoğururuq. Sonra fındıq böyüklüyündə küftələr edirik. Mərciməyi isti suda isladırıq, sonra yuyub süzürük. Soğan və sarımsağı xırda doğrayırıq. Qazana kərə yağını töküb, soğanı və sarımsağı əlavə edib qovururuq. Tomat pastasını əlavə edib qarışdırırıq, mərciməyi də töküb qovurmağa davam edirik. Duzunu və qaynar su əlavə edib, qapağını örtərək bişməyə qoyuruq. Küftələri də əlavə edirik. Bişənə yaxın nar turşusunu və doğranmış ispanağı da əlavə edirik. Bir buğum qaynadıb ocaqdan götürürük. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)