Ətli keks

Ərzaqlar:

1 kq hinduşka əti

3 ədəd yumurta

1 ədəd soğan

1 ədəd kök

150 qr çörək

1 st süd

1 dəstə şüyüd

4 x/q mayonez

Duz, istiot

İçlik:

3 ədəd yumurta

100 qr holland pendiri

0,5 dəstə şüyüd

2 x/q mayonez

Hazırlanması:

Holland pendiri sürtgəcdən keçirilir. Üzərinə xırda doğranmış şüyüd, mayonez əlavə edilir. Yumurta kub şəklində doğrayıb, əlavə edərək qarışdırılır. Hinduşka əti maşından iki dəfə keçirilir, üzərinə xırda doğranmış şüyüd, sürtgəcin xırda gözündən keçirilmiş kök, soğan əlavə edilib qarışdırılır. Üzərinə süddə isladılmış çörək, yumurta, duz, istiot əlavə edilib qarışdırılır. Hazır farşın yarı hissəsi keks qabına əlavə edib, yayılır. Üzərinə hazır içlik yayılır. Farşın qalan hissəsi yayılaraq üzərinə mayonez çəkilir, 180-200 dərəcədə 50-60 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir. Hazır keksi soyuq halda doğrayıb süfrəyə veririk. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)