Əl - Qahhar

Əl-Qahhar, yenilməyən, yeganə qalib gələn, güc sahibi, hər istədiyini edə bilən və hakim olan deməkdir.

“O, Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!” (Ənam, 18)

İnsanoğlunu yaradan,ona ruhən və bədəncə ən mükəmməl şəkli verən,təqdir etdiyi müəyyən bir ömür ərzində yaşadan və öldürərək,öz qatına qaldıran Allah,qulunun özünü tanıması və xidmətini tam göstərməsi üçün Hz. Adəmdən sonra peyğəmbərlər və kitablar göndərərək,insanlara mesajını çatdırmışdır.

Allahın son kitabı və pozulmamış tək vəhyi olan Qurani Kərimin böyük bir hissəsini “keçmiş tayfaların xəbərləri” təşkil edir.

Uca Allah sevgili Peyğəmbərinə “Üzülmə Həbibim,səndən əvvəlki ümmətlər də peyğəmbərlərini yalanladılar,onlar da kədərləndilər! Onları hidayətə çatdıracaq olan,Sən deyilsən! Sən,onları sadəcə qorxutmaq,xəbər vermək üçün göndərildin!” buyurur.

Uca Yaradan axır zaman ümmətinə də keçmiş nəsillərin aqibətlərini bildirərək, ibrət götürməyimizi və qiyamət günü gəlməzdən əvvəl, əməllərimizi düzəldərək,ibadət şüuru içində yaşamağımızı istəyir!

Ona inanmayıb, ayətlərindən üz çevirənləri Qahhar adı ilə cəzalandırandır O!

Hz.Musa və qövmünü,Fironun zülmündən qurtarıb, Fironu və yanında olanları suya qərq edən, nəsillərini kəsən və onların dünyada qoyub getdiyi var dövlətlərə, “inananları” mirasçı qılandır O!

“Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi!” (Duxan, 29)

Bu dünya, bir-birindən gözəl insanları da qarşıladı, saysız hesabsız zalımları da qarşıladı. Dünya, o müstəkbir, qəddar, vəhyə üz çevirmiş insanların azğınlıqları ilə kirlənməyə başladıqca, Allahın “Qahhar” adı imdada çatar və dünyanı o zülmlərdən təmizləyərək,yenidən yaşana biləcək vəziyyətə gətirər.

950 il irşad vəzifəsini davam etdirən Hz. Nuh ilə lağ edən camaatın danışdığı Nuh sürəsində, Həzrəti Nuhun vəziyyətini Allaha ifadə edilişi belə şərh olunur;

“O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim! Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı” (Nuh, 5-6).

"Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh, 26-27).

Göylər və yerlər Allahın əmri ilə bütün suları boşaltdı, tufan gerçəkləşdi!

O, əl-Qahhardır!

950 illik irşada cavab verməyən, bir peyğəmbəri ələ salan, ona tələlər quran, insanları bütlərə sitayiş etməyə dəvət edənlər üçün “Qahhar” adı ilə təltif olunan tək Hökmdardır O!

Cənnəti lütfü ilə, cəhənnəmi “lənəti ilə” yaradandır O!

Bu qısa ömrümüzdə necə ibrət verici hadisələrlə qarşılaşırıq. Necə günahkar, qatil adamlar görürük amma cəza çəkməzlər və hətta cəmiyyət içində əllərini qollarını sallayaraq gəzərlər. Pulun “büt” olduğu yerlərdə bu şəxslərin, zorakılıqla təsirsiz etdiklərinə şahid oluruq.Və o zaman qəlbimizdə “Yaxşı ki cəhənnəmi yaratdın Allahım! Yaxşı ki tərəzi qurulacaq və hər kəs etdikləri əməllərdən sorğuya çəkiləcək!" deyərik.

Bu dünyada qarşılaşdığımız bir çox hadisəni, Onun “Qahhar” adına həvalə edər və “Nə yaxşı ki varsan Allahım!” deyə, imanımızla fərəhlənərik.

Biz Hz. Məhəmmədin (s.ə.s.) ümmətiyik. Bütün çatışmazlıqlarımıza, Əsri Səadətdən uzaq olmağımıza baxmayaraq, üsyanlarımızın cəzasını, digər ümmətlər kimi həlak olmayacağıq deyə müjdələndik! Ama bizə düşən, Rəbbimizin “Qahhar” adında olan qüdrəti bilmək, Ona qulluqda qüsur etməməkdir!

Biz Onu tək bilib, həyatımızı, inanclarımızı “şirkdən” təmizləməliyik.

“(Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mömin) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)” (Rad, 16)

Ey Qahhar olan Rəbbim!

Sənə inanır və iman edirik! Bu inancla,Qahhar adına sığınırıq.

Üfüqümüzü bürüyən qaranlıqları və zülməti “Qahhar” adınla qaldırıb, ruh dünyamızı aydılığa qərq et Allahım! Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)