Mövlana və Məsnəvisi

Mövlananın ən önəmli əsəri Məsnəvidir. Məsnəvi ayə və hədislərdən alınan ilhamla yazılmış hekayələrlə son dərəcə qiymətli nəsihətlər ehtiva edir.

1259-1261 illər arasında yazılmağa başlayan Məsnəvi, 1264-1268-ci illər arasında tamamlanmışdır. Düşüncələrini dərin mənalı hekayələrlə anladan Mövlana, Məsnəvini, dini yöndən yetkinləşmə yolunda istəkli olanları məlumatlandırmaq üçün yazmışdır. Dünya həyatına aludə olmağı, Allahdan qafil olmaq şəklində təsvir edən Mövlana, təsəvvüf anlayışını həyatın və insanın gerçəkləri üzərinə qurmuşdur. Cəlaləddin Ruminin Məsnəvisinin bütün ideyasını bu prinsip təşkil edir. O, bütün Məsənəvi boyu insanları ağıla, sevgiyə, eyni zamanda ağıl və sevgiyə əsaslanan dinə səsləyir. Buna görə də Ruminin Məsnəvisini İslamı tərənnüm edən əsər hesab etmək tamamilə doğrudur.

Allaha çatmağı əsl padşahlıq sayan Mövlana, Allah eşqi ilə yox olmaq surəti ilə gerçək varlıq məqamına yüksələ bilməyi, düşüncəsinin mərkəzinə yerləşdirmişdir.

Mövlananın təsəvvüf anlayışında həyatın mənası eşqdir. Allahdan başqasına aşiq olmaq keçici bir həvəsdir:

“Kimin eşqə meyli yoxsa, o, qanadsız bir quş kimidir”.

Məsnəvi əvvəldən axıra qədər Quranın təfsiridir. Quran ideyalarının sadə xalq dilindəki təsvirini axtaran insan Məsnəviyə baxsın. Quranı daha asan dildə başa düşmək istəyən “Məsnəvini oxusun. Məsnəvi təkcə Quranı təfsir etmir, həm də İslam əsaslarına aparan yolu göstərir, bu yolda necə addımlamağın yolunu göstərir. Məsnəvi qaydalar kitabı deyil, qaydaların ruhunu tərənnüm edən eşq kitabıdır. İqbal Lahuri “Cəlal və Qöte” qitəsində Cəlaləddin Rumi haqqında belə yazır: “O alicənab şair, Peyğəmbər deyil, amma kitabı var”.

Sonda yazımızı Mövlananın hikmətli kəlamları ilə tamamlamaq istərdik:

Cahil əgər səninlə dostluq etsə, sonda cahilliyindən sənə ziyan vuracaq. Şirin danışan cahil dostun sözlərini az dinlə, o, köhnə zəhər kimidir.

Canavar əgər sənə tülkülük etsə, tez aldanma, ondan xeyir gəlməz.

Məhəbbətlə acılar şirin olur.

Məhəbbətlə mislər qızıla çevrilir.

Məhəbbətlə dərdlər saflaşır.

Məhəbbətlə tikanlar gülə çevrilir.

Məhəbbətlə zindanlar çəmənlik olur.

Məhəbbətlə od nura çevrilir.

Məhəbbətlə div huri olur.

Məhəbbətlə şah bəndəyə çevrilir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)