Göbələkli kartof damlası ilə şorba

Ərzaqlar:

300-400 qr. toyuğun döş əti

250 qr. göbələk

0,5 st. qarabaşaq

1 ədəd soğan

1 ədəd yerkökü

1-2 ədəd dəfnə yarpağı

0,5 dəstə cəfəri və ya şüyüd

Duz, istiot

Duru yağ

Kartof damlası üçün:

2 ədəd kartof

1 ədəd yumurta

3-4 x.q. un

Duz

Hazırlanması:

Qazana su və kub şəklində doğranmış toyuğun döş əti əlavə edilib, qaynamağa qoyulur. Qarabaşaq yuyularaq tavaya əlavə edilib zəif od üzərində quruyana qədər qovrulur. Göbələk təmizlənib doğranılır və yağda qızardılır. Üzərinə sürtgəcin iri gözündən keçirilmiş kök, xırda doğranmış soğan, duz, istiot əlavə edilərək bir yerdə qızardılır. Kartof qaynadılıb, qabığı soyulub əzilir , üzərinə yumurta, duz, un əlavə edilib qarışıdırılır. Toyuğun döş ətinin üzərinə qovrulmuş qarabaşaq, dəfnə yarpağı əlavə edilib bişməyə qoyulur. Qarabaşağın bişməyinə az qalmış kartof püresini çay qaşığı ilə qazana damla kimi edib əlavə edirik (şəkildəki kimi).

Üzərinə qızartdığımız göbələk, soğan, kök qarışığını əlavə edirik, 5 dəqiqə zəif od üzərində hazır olana qədər gözləyib götürürük. Hazır yeməyin üzərinə xırda doğranmış cəfəri və ya şüyüd əlavə edib süfrəyə veririk. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)