Ağlayan kek

Ərzaqlar:

4 ədəd yumurta

1su st.

şəkər tozu

1 armudu st. duru yağ

1 armudu st. süd

2 x.q. kakao

1 paket qabartma tozu 1 paket vanil

1 armudu st. çəkilmiş qoz ləpəsi

5 x.q. un İslatmaq üçün:

1 su st. süd

Kremi üçün:

3 su st. süd

1 st. şəkər tozu

3 x.q. un

1 x.q. nişasta

1 paket vanil

1paket çırpılmış kremşanti

Üzəri üçün:

1 paket şokolad sosu

Hazırlanması:

Yumurtaları qarışdırma qabına qırıb üzərinə şəkər tozunu əlavə edib mikserlə köpük olana qədər çalırıq. İçərisinə duru yağı, südü töküb təkrar mikserlə çalırıq. Qalan ərzaqları da əlavə edib çalırıq. Qarışığı yağlanmış şüşə qabına töküb, öncədən 180 dərəcə qızdırılmış sobada bişirib soyumağa qoyuruq. Bir qazana krem üçün olan ərzaqların hamısını qatıb ocaqda qarışdıraraq bişiririk. Qatılaşıb qaynayanda ocaqdan götürürük. Soyumuş biskvitin üzərini 1 stəkan südlə isladırıq. Krem soyuduqdan sonra çırpılmış krem şantini töküb qarışdırırıq. Kremi biskvitin üzərinə yaydıqdan sonra şokolad sosunu da hər tərəfə gələcək şəkildə tökürük.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)