Tərəvəzli kartof salatı

Ərzaqlar:
1 kq. kartof
1 kasa xiyar turşusu (xırda doğranmış)
4 ədəd bişmiş yerkökü
1 ədəd yaşıl, 1 ədəd qırmızı bibər
1 kasa qarğıdalı
1 kasa bişmiş çuğundur
2 bişmiş yumurta
Yarım limon suyu
Zeytun yağı
Yarım dəstə cəfəri və şüyüd
Duz, qara bibər
Hazırlanması:
Kartofları suda bişirib soyuduruq. Sonra rəndələyirik. Zeytun yağı, duz tökürük və üzərinə limon suyu sıxırıq. Yerkökü, xiyar turşusu, cəfəri, şüyüd və çuğundurdan bir az üzərini bəzəmək üçün ayırıb qalanlarını xırda doğrayıb kartofa əlavə edirik. Yumurtaların sarılarını da ayırıb qarışığa əlavə edirik. Ağını üzəri üçün saxlayırıq. Bibərləri bir az sobada yumşaldıb xırda doğrayıb qarışığa töküb qarışdırırıq. Biskvit qabının kənarını servis boşqabına qoyuruq. Üzərinə qarışığı tökürük və düzləşdiririk. Sonda qalan ərzaqlarla salatın üzərini şəkildəki kimi bəzəyirik. Nuş olsun!