Əl-Fəttah

Əl-Fəttah, xeyir qapılarını açan, məzlumlara yardım edib mömin qullarını zəfərə çatdıran, hər çətinliyə çarə tapan, maddi sıxıntıları aradan qaldıran, quluna mənəvi qapılarını açıb, ürəklərindəki qəmi, kədəri yox edən deməkdir.

   Ənam (6), 59: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”.

Əl-Fəttahdır  O!

“Fəttah” adının ən böyük təcəllisi olan “Fatiha”  surəsini quluna bir “açar” kimi verərək, onun ilə əbədi səadət qapılarını açdırandır  O!

   Ona inanan qullarına, Fəth surəsində 1-3: “Həqiqətən, Biz sənə aydın bir qələbə verdik. Allah sənin gələcək və keçmiş günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin. Və Allah sənə böyük bir qələbə ilə kömək etsin”- buyuraraq dünya və axirət həyatında da qələbələr bəxş edər.

   Dünya sahəsindəki imtahanında, Hz. Nuh kimi inləyərək “Bitdim Ey Rəbbim! Kömək et mənə!”- deyə yalvaran quluna (Hz. Nuha) Mən (öz qövmümün içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” - dedi. Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu”. (Qəmər surəsi (54), 10-12) ayətləri ilə təsəlli edərək, sıxıntıda saxlamayıb, bir qapının bağlandığını sanan quluna, min qapını birdən sona qədər açaraq, rəhməti ilə qucaqlayandır  O!

   Zümər surəsində (39) 53:  Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhimlidir!” -  buyuraraq, “tövbə qapıları”nı qiyamətə qədər açıq saxlayaraq, qulunun son nəfəsinə qədər bağışlanılmasına imkan yaradan və rəhmətini leysan kimi onun üzərinə yağdırandır O!

   Əl-Fəttahdır O!

   Nəfs savaşında zəfərlər qazanan qullarına da cənnət qapılarını açan və onları cənnətinə qonaq edəndir O!

   Yasin surəsi (36), 55-58: “Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələri altında öz bəzənmiş taxtlarına söykənərlər. Orada onlar üçün  (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır. Onlara salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn bir sözdür)”.

   O Ucalar Ucası, “mərifət” qapılarını mömin qullarına; “məğfirət” qapılarını da günahlara batmış aciz qullarına açar və bu qapıları qiyamətə qədər açıq tutar, dostlar!

   Əraf surəsi (7) 96: “Əgər o ölkənin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq” -  buyurandır O!

   Saff surəsi (61), 10-13: “Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (o qazanc yolu budur:) Allaha və onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)! (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət də) – Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə cənnətlə) müjdə ver!”

   əl-Fəttahdır O!

   Quluna Quran ilə hidayət qapılarını açandır O! “Möhtəşəm kəlamı” vasitəsilə qulu ilə danışaraq, ona nələr etməyi lazım olduğunu öyrədir, doğru yol göstərir. Budur, Saff surəsinin ayətləri! Oxuyun və bu qapının mərhəmətini hiss edin, bu “tək qapı”dakı sevgi leysanından nəsiblənin dostlar! Çünki bu qapı, heç kimin üzünə bağlanmaz! Bu qapı, sevgi qapısıdır, ayrıseçkilik edilməz! Yetər ki, Ondan başqa qapınız olmadığını bilərək gəlin; yalvararaq, göz yaşıyla gəlin!

   O, əl-Fəttah olan Ucalar Ucası, susuzluqdan çatlamış torpağa yağış göndərərək yaşıllaşdıran, bərəkətləndirən, minlərlə çiçəyə o torpaqda yetişmə imkanı bəxş edən, O Rəhman və Rəhim olan Uca Yaradan, qapısına gələn, yalvaran qullarının, günahlardan qurumuş, çatlamış, çöllərə dönmüş ruhlarına min bir mənəvi qapıdan bərəkətlər yağdıraraq, onları özünə döndərər, dostlar!

   Bütün xeyir və bərəkətlərin açarı onun əlindədir. Bizə düşən, həyatın heç bir anında ümidsizliyə düşməmək , dimdik həyata davam etməkdir.

   Zamanla maddi sıxıntılara düşsək belə, səbəblərə sarılaraq, mülkü, mülkün gərçək sahibindən istəyək.

   Mənəvi imtahanların qarşısında da, Onun yanımızda olduğunu bilərək, ondan güc və kömək istəyərək, dünya imtahanlarının öhdəsindən gəlmək üçün əsla ümidsizliyə qapılmayaq, dostlarım.

   Çünki Onun bir deyil, min bir qapısı var!

   Bir qapını bağlayarsa, digərini ardına qədər açar!

   Bu yalan dünyada bundan gözəl təsəlli olarmi?

   Ey mənim Uca Rəbbim!

   Sənə, mənim əlimə verdiyin o möhtəşəm xeyir açarları Fatihə surəsi ilə dua edir; bu ayətlərin işığında yaşamağı, bu ayətlər işığında sənə qovuşmağı diləyirəm.

   Fəttah isminlə mənə yardım et Allahım!

   “Rəhman və Rəhim olan Allahın adı ilə.

   Həmd Allaha, aləmlərin Rəbbinə məxsusdur,

   Rəhmli, mərhəmətli olana,

   Din gününün sahibinə.

   Yalnız sənə ibadət edir, səndən kömək istəyirik,

   Bizi doğru yola yönəlt!

   Bəxş etdiyin kəslərin yoluna, qəzaba düçar olanların və azmışların yoluna yox! (Fatihə surəsi)

   Ömrümüzü bu ayətlərin işığında keçirtməyi, dünya həyatından, axirət həyatına bu açar ayətlərlə açılmağı nəsib et Allahım! Amin.

   

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)