Təbriz Küftəsi

Ərzaqlar:

 

500 qram qiymə (qoyun ya mal əti),

3 ədəd baş soğan,

125 qram qırıq noxud,

125 qram düyü,

2 ədəd kartof (orta ölçülü)

5 ədəd yumurta,

3 pomidor (soyulub doğranmış)

Göyərti – cəfəri, keşniş, şüyüd,

Duz,

İstiot,

Sarıkök.

 

Hazırlanması:

 

Əvvəlcə noxudu bol suda bişirib yumşaldın. Sonra bişmiş noxudun suyunu süzün. Əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın. Bundan sonra düyünü sarıköklə qarışdırıb suda bişirin. Biraz yumşaldıqdan sonra ocaqdan götürün. Suyunu süzüb qiyməyə əlavə edin. Bundan sonra kartofu da bişirin. Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın. Bişmiş noxudu da əzib onu da qiyməyə qatın.

Qeyd: Noxudu istəyə görə qiymə ilə birlikdə ətçəkən maşından da keçirə bilərsiniz.

Üç ədəd yumurtanı da qiyməyə əlavə edərək qarışdırın. Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın. Sonra qiyməli qarışığa kiçik – kiçik doğranmış qöyərtini də əlavə edin.

İki ədəd yumurta suda bərk bişirilir. Bu yumurtaların qabıqları soyulur və bunlar 4 hissəyə bölünür.

 

Qalan soğanı halqa şəklində doğrayın. Böyuk qazana bir az yağ əlavə edin və doğranmış soğanları yağda qızardın. Soğan qızılı rəng alana qədər bişirin. Bu soğanların 2/3 hissəsini ayırın. Qalan soğanın içərisinə qabığı təmizlənmiş və doğranmış pomidor töküb bişirməyə davam edin.

 

Pomidor bişərkən, qiyməni 4 – 5 hissəyə bölün. Yumru hala gətirib küftə hazırlayın. Adətən Təbriz küftəsi iri olmalıdır Əllərinizlə qiyməni yumurlayıb içini açıb dərinləşdirin. Küftələrin içərisində hazırladığınız oyuğa qızardılmış soğan, bərk bişmiş yumurta, quru alça qoyub qiyməni küftə halına gətirin. Hazır küftələri qazana düzün. Qalan qiyməni də eyni qaydada küftə hazırlayın. 

Pomidor qarışığın üzərinə su əlavə edin. İstəyə görə qazana bir az turş təzə alça, kiçik – kiçik doğranmış yaşıl bibər də əlavə etmək mümkündür. Su qaynamağa başladıqdan sonra küftələri qaynayan qazana əlavə edin. Qazanın qapağını örtün. Biraz qaynadıqdan sonra suyun içərisindəki küftə və bişmiş tərəvəzlər suyun üzünə çıxacaq. Bundan sonra da təbriz küftəsi təqribən 45 dəqiqə vam odda bişməlidir. 

 

Süfrəyə veirilmə qaydası:

 

Küftə və bulyon süfrəyə ayrılıqda verilir. Xörəyin bulyonu şorba kimi, küftələr isə ikinci xörək kimi yeyilir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)