Rulet salatı

Әrzaqlar:

Kartof 4 ədəd.

Kök 1 ədəd

Duzlu siyənək balığı 1 ədəd

Soğan 0,5 ədəd

Yumurta 3 ədəd

Cəfəri 6 şaka

Mayonez 380 ml

Çuğundur 2 ədəd

duz və istiot zövqə görə

Zeytun 2 ədəd

Konservləşdirilmiş qarğıdalı 1 y.q

nar 1 y.q

Hazırlanma qaydası:

Tərəvəzləri suda qaynadırıq. Kartofun qabıqlarını soyub sürtgəcdən keçiririk.

Kökü də eyni qayda ilə təmizləyib sürtgəcdən keçiririk. 1/3 hissəsini isə üzərini bəzəmək üçün saxlayırıq.

Balığın dərisini soyub kub şəklində doğrayırıq.

Soğanı xırda-xırda doğrayırıq.

Yumurtanı qaynadıb, sarısını ayırırıq. Ağları sürtgəcdən keçiririk.

Sarıları isə sürtgəcin xırda gözündən keçiririk.

Cəfərini xırda- xırda doğrayıb bir miqdar üzəri üçün saxlayırıq.

Falqa üzərinə sürtgəcdən keçirilmiş kartofu düzbucaq formasında düzürük.

 

Üzərinə moyanez çəkirik.

Növbəti qata soğanı, kartofu hər yerinə yayırıq.

 

Soğanın üzərinə kub şəklində doğranmış balıq düzürük.

 

Üzərinə mayanez çəkirik. 1/3 yumurta ağı və 2/3 yumurta sarısını qarışdırıb, falqa üzərindəki qarşığın üzərinə təpə şəklində düzülrük.

 

Alminum falqanın köməyi ilə salatı rulet formasında sıx bükürük. Hazır ruleti 10 dəqiqə soyuducuya qoyuruq.

 

Daha sonra rulet ehtiyatla açılır.

 

Salatı boşqaba elə qoyuruq ki, bir tərəfi boş qalsın.

 

Salatın üzərinə mayanez çəkirik.

 

Çuğunduru sürtgəcin xırda gözündən keçirib salatı bəzəyirik.

 

Daha sonra kökü sürtgəcin xırda gözündən keçiririk və salatın üzərinə qoyuruq.

 

Doğradığımız cəfərini salatın orta hissəsinə qoyuruq.

 

Daha sonra şəkildə göründüyü kimi dekor edirik. Buyurun siz də bayram süfrəsinə hazırlayın.

 

Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)