Kartoflu-pendirli zapekanka

Ərzaqlar (4-6 pay):

1 kq. kartof 70 q. yağ 80 q. bərk pendir 0,5 ç.q. kəklikotu qurusu duz qara istiot

Hazırlanması:

Sobanı 220 dərəcə qızdırın. 18 sm. diametrli formanı yağlayın. Pendiri sürtgəcdən keçirib kəklikotu ilə qarışdırın. Kartofu təmizləyib nazik halqa şəklində doğrayın. Əridilmiş kərə yağı əlavə edib səliqə ilə qarışdırın. Formanın dibinə bərabər qaydada kartofun 1/3-ni döşəyin. Pendirin 1/3-ni səpin. Duz-istiot vurun. Layları təkrarlayın. Ən üst lay yenə pendir olmalıdır. 1 saat bişirin. Hazır zapekankanı formada 5 dəqiqə saxlayın. Sonra boşqaba tərs çevirin.

Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)