Kəsmikli pendirli xaçapuri
Ərzaqlar:
Ərzaqların ölçüsü istəyə uyğun götürülür.
Un
Duz
Maya
Su
İçlik üçün:
Holland pendiri və ya normal pendir
Kəsmik
İstəyə uyğun göyərtilər
Duz, istiot
Hazırlanması:
Una duz, maya, su əlavə edilib xəmir yoğrulur və mayalanmağa qoyulur.
Pendir xırdalanır (holland pendiridirsə, sürtgəcin iri gözündən keçirilir), kəsmik əlavə edilir.
Pendir duzlu olarsa, duz vurmayın. Xəmir mayalandıqdan sonra kiçik hissələrə ayrılır və əl ilə yayılır. Göyərtilər xırda doğranılır, bir yerdə qarışdırılır. (Fərq etməz pendir və ya kəsmik, hər ikisi də ola bilər və ya ikisindən biri). Ortasına içlik qoyulub bükülür. Əl ilə yayılır, Tavaya yağ əlavə edib hər iki üzü qızardılır. Kəsmikli pendirli xaçapurimiz hazırdır. Nuş olsun!