Portağallı Lokum

Ərzaqlar:

4,5 stəkan su

3,5 stəkan şəkər tozu

1 stəkan qarğıdalı nişastası

1 stəkan portağal suyu

Bir az limon duzu

Bir az portağal qabığının rəndəsi

Yarım stəkan fındıq, fısdıq və ya qoz

Üzəri üçün kokos

Hazırlanması:

3 stəkan su ilə şəkər tozunu bir qazanın içinə töküb limon duzu əlavə edirik və qaynamasını gözləyirik. Digər tərəfdə 1 stəkan portağal suyunu bir qaba boşaldıb içinə nişasta və 1,5 stəkan su əlavə edirik. Qaynamağa başlayan şərbətin içinə yavaş-yavaş bu qarışımı töküb tez-tez qarışdırırıq. Şəffaflaşıb jele halını alana qədər 20-25 dəqiqə qaynadırıq. Dibi yapışmasın deyə tez-tez qarışdırmaq lazımdır. Daha sonra içinə qoz və ya istədiyimiz çərəzi əlavə edib yağlı kağız sərilmiş kiçik şüşə qaba tökürük. Bir az soyuduqdan sonra 1 saat soyuducuda saxlayırıq. Sonra çıxarıb kiçik kvadrat şəklində kəsib kokosa batırırıq. Bir gün saxlayıb süfrəyə təqdim edirik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)