Əl-Qabid

ƏL-Qabid (c.c.) ismi imtahan üçün sıxan, ruzini qismən azaldan və ölüm anında qullarının can əmanətini geri alan deməkdir.

Allah Qabid adı ilə bəzən lütf və ehsanını qulundan azaldar, ruzisini qısar, onu möhtac edər, rahat həyatından məhrum edər və yoxsullaşdırar. İflas edən, borcunu ödəyə bilməyən, malını itirən, işdən çıxardılan, maddi çətinliklər çəkən kəslər üzərində Allahın Qabid adı təcəlli edir.

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (əs-Səba, 39).

Qabid adı maddi aləmdə bu cür təcəlli etdiyi kimi bəzən də mənəvi aləmdə təcəlli edər; qul bu təcəlli ilə dünyaya sığmaz hala gələr, sıxılar, ürəyi daralar, ruhu qəfəsdə çırpınan quş kimi çırpınar. Bu hal Qabid adının bir təcəllisidir. Bu təcəlli ilə qul öz acizliyini anlayar, kasıblığını dərk edər və ilahi rəhmət qapısını dua və niyazla döyər, Allaha sığınar. Demək, Qabid adının təcəllisi insanı dua və niyaza dəvətdir.

Yağışların yağmaması da Qabid adının bir təcəllisidir. Bəzən Allah-Təala müəyyən yerlərə yağış yağdırmaz, müəyyən yerlərə isə az yağdırar. Demək, yağışsız keçən günlər Qabid isminin təcəllisinə məzhər olan günlərdir. Ölüm və yuxuda ruhun qəbz olunması ilə təcəlli edən Qabid adı qəbrin qulu sıxmasıyla və hesab günündəki digər çətinliklərlə da təcəlli edər.

“Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (əz-Zumər, 42)

Xülasə, çəkilən hər maddi və mənəvi sıxıntı, dünyəvi və əbədi çətinlik Qabid adının bir təcəllisidir. Burada qulun borcu, Qabid adının təcəllisinə qarşı səbir ilə təltif etmək, hər çətinlikdən sonra bir asanlığın, hər darlıqdan sonra bir genişliyin olduğuna etiqad edərək dua ilə acizliyini Allahın rəhmət dərgahında izhar etməkdir.

Ya Qabid! Genişlik verərkən şükür etməyən kimsəni dara salan Sənsən. Dara düşəndə də şükür edənə genişlik verərsən, təqdir Sənindir! Ya Rəbb, Sən ki, imkansız olan şeyi mümkün edərsən, darda qoyma bizi, dara düşdüyümüzdə belə şükür edənlərdən et bizi! Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)