Soğan dolması

* 8 ədəd ortaboy soğan

* 200 qr. yağlı qiymə

* 1 x.q. tomat pastası

* 2 st. yumru düyü

* 1 st. duru yağ (zeytun da olar)

* 1 ədəd pomidor

* 1 ədəd bibər

* 2 ədəd soğan (qiyməyə qatmaq üçün)

* 1 dəstə cəfəri, bir az yaşıl nanə

* 2 diş sarımsaq, istəyə görə ədviyyat

* 1 x.q. nar turşusu

* Duz, istiot.

* Sous üçün:

* 1 x.q. tomat pastası

* 3 x.q. duru yağ

* Duz, bir az su

* Hazırlanması:

Qazana su tökülür duz əlavə edib qaynamağa qoyuruq. Soğanları soyuruq, şəkildəki kimi kəsib qaynayan suya əlavə edirik. Yumşalıb qatları ayrılanda sudan çıxarıb soyumağa qoyuruq. İçliyi hazırlamaq üçün 2 ədəd soğanı, cəfəri və sarımsağı doğrayırıq. Bibər və soyulmuş pomidoru xırda doğrayıb ədviyyatları da qatıb bütün ərzaqları qarışdırırıq. Hər soğan qatına içlikdən qoyub büküb qazana yığırıq. Bir kasaya tomat pastası, yağ, duz, və bir az su əlavə edib çalırıq. Dolmaların üzərinə gəzdiririk. Dolmaların üzərinə çıxmayacaq qədər su əlavə edib bişməyə qoyuruq. Suyu çəkilənə qədər bişiririk. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)