Göbələkli, kartoflu piroq

Ərzaqlar:

100 qr. kəsmik

100 qr. kərə yağı

100 qr. qatıq

200 qr. un

0,5 ç.q. soda

Duz

İçlik üçün:

500 qr. istənilən göbələk

2-3 ədəd soğan

500-600 qr. katof püresi

250 qr. qatıq

2-3 ədəd yumurta

200 qr. holland pendiri

Şüyüd

Duz, istiot

Hazırlanması:

Yağ, kəsmik, un və duzu qarışdırıb ovuruq. Yavaş-yavaş qatığı, sodanı qarışığa əlavə edib, yumşaq xəmir yoğruruq və dinlənməyə qoyuruq. Soğanı xırda doğrayıb yağda qızardırıq, doğranmış göbələk əlavə edib bir yerdə qovururuq. Xırda doğranmış şüyüd, duz, istiot əlavə edib qarışdırırıq. Kartof püresinə duz, istiot, yumurta, qatıq əlavə edib və yaxşıca qarışdırırıq. Pendiri sürtgəcdən keçirib, püre qarışığına əlavə edib qarışdırırıq. Formanı yağlayıb xəmiri əl ilə yayırıq, üzərinə göbələkli içliyi hər tərəfə gələcək şəkildə yayırıq. Üzərinə kartoflu-pendirli qarışığı yayırıq. Sobada 180 dərəcədə, 40-45 dəqiqə, hazır olana qədər bişiririk. Hazır piroqu 15 dəqiqə üstü örtülü saxlamaq lazımdır. Göbələkli, kartoflu piroqumuz hazırdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)