Qozlu qurabiyə

Lazım olan ərzaqlar:

250 qram kərə yağı

1 stəkan qatıq

1 stəkan duru yağ

1 paket qabartma tozu

Aldığı qədər un

İçlik üçün:

1 stəkan qoz (çəkilmiş qoz)

2 ədəd yumurta ağı (sarıları üzəri üçün)

Hazırlamaq:

Peçenye hazırlayarkən kərə yağının otaq istiliyində yumşalmış olması çox əhəmiyyətlidir. Bundan başqa digər ləvazimatların da otaq temperaturunda olması vacibdir.

Əvvəlcə qabın içərisinə yumşaq kərə yağı, duru yağ və qatıq əlavə edərək əlimizlə yüngülcə qarışdırırıq, yavaş-yavaş un və qabartma tozunu əlavə edərək yoğururuq. Xəmir ələ yapışmayan yumşaq hala gəldikdən sonra 3 bərabər hissəyə ayırırıq. İncə çəkilmiş qoz, şəkər və yumurta ağlarını bir qab içərisində qarışdırırıq.

Ayırdığımız bir parça xəmiri bərabər olacaq şəkildə 1 sm qalınğında açırıq. İçliyi xəmirin üzərinə yayaraq, rulet şəklində bükürük. 2 barmaq qalınlığında kəsərək, yağlı kağız sərilmiş soba listinə düzürük.

Digər xəmirləri də eyni şəkildə etdikdən sonra, ayırdığımız yumurta sarılarını fırçanın köməyi ilə sürtərək, əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada üstləri qızarana qədər bişiririk. Nuş olsun.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)