Xallı toyuq salatı

Ərzaqlar:

* 250 qr. toyuqun döş əti

* 200 qr. xiyar

* 250 qr. göbələk

* 6 ədəd yumurta

* 1baş balaca soğan

* 180-200 qr. mayonez

* Şüyüd, duz istiot zövqə görə

Hazırlanması:

Tavada göbələklə soğanı bir az qovururuq. Toyuq ətini bişirib kub şəklində kiçik formada doğrayırıq. Xiyarları da eyni ölçüdə doğrayırıq. Şüyüdü xırda-xırda doğrayırıq. Yumurtaları bərk bişiririk. Soyumuş yumurtaları sürtgəcdən keçirib, üzərinə dörd xörək qaşığı mayonez, duz və istiot əlavə edərək qarışdırırıq. 21 sm. diametrdə bir dairəvi formanı boşqabın içinə qoyuruq. Əvvəl doğranmış toyuq ətini töküb yayırıq üzərinə biraz duz, istiot vurub, mayonezli yumurta qarışıqdan yayırıq. Sonra xiyarı da düzdükdən sonra duz, istiot və şüyüd səpirik. Üzərinə mayonezli yumurtanı, daha sonra isə soğanla qovrulmuş göbələyi əlavə edirik (zövqə görə konservləşdirilmiş göbələk də istifadə edə bilərsiniz). Göbələkdən sonra mayonezli yumurta əlavə edib yayırıq. Son olaraq 1 xörək qaşığı mayonez əlavə edərək yayırıq. Üzərini salafanla örtüb 2 saat soyuducuda gözlədirik. 2 saatdan sonra soyuducudan çıxaraq dairəni fırladaraq salatın kənarından çıxarırıq. Üzərini isə zövqə görə bəzəyirik. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)