Urfa kababı

Ərzaqlar:

1 kq. yağlı qiymə

2 ədəd rəndələnmiş pomidor

3 ədəd rəndələnmiş soğan

1 armudu st. suxari

Yarım armudu st. duru yağ

Yarım dəstə cəfəri

Duz, istiot

Qarnir üçün:

0,5 kq. Kartof

Pomidor, bibər

Hazırlanması:

Yoğurma qabına qiyməni, rəndələnmiş soğanı, pomidoru və ədviyyatlarını da əlavə edib yaxşı yoğururuq. Yoğurduqdan sonra istəyə görə parçalar qoparıb çubuq şişlərimizə keçiririk və əlimizi suya batıraraq əti şişdə yayırıq. Kababları soba listinə düzürük. Kartofları soyub halqa doğrayıb kababların üzərindən düzüb sobaya qoyuruq. Sobada bişənə yaxın listi çıxarıb pomidor və bibərləri də düzüb təkrar sobaya qoyuruq. Kabablarımız və qarnirlərimiz bişdikdən sonra sobadan çıxarırıq. Kababımız hazırdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)