Qat-qat bükmə

Ərzaqlar:

Şərbəti üçün:

3,5 st. şəkər tozu

3,5 st. su

1 x.q. limon suyu

Xəmiri üçün:

4,5 st. un

1 st. qatıq

1 st. duyu yağ

2 ədəd yumurta

1 x.q. sirkə

1 çimdik duz

Yarım paket kabartma tozu

Hazırlanması:

Qazana şəkər tozunu və suyu tökərək qaynamağa qoyuruq. Qaynara düşəndə limon suyunu da əlavə edirik. 5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb soyumağa qoyuruq.

Xəmir üçün olan ərzaqlarımızın hamısını qatıb yumşaq xəmir yoğururuq. Əgər lazım olarsa bir az un əlavə etmək olar. Xəmiri 24 kündəyə ayırırıq və üzərini örtərək bir saat dinlənməyə qoyuruq. Bir-bir yayıb aralarına nişasta səpərək 12 qat üst-üstə qoyuruq. Həmin xəmiri təkrar təxmini 4 mm qalınlığında yayırıq. Sonra xəmiri kəsmə qəliblə kəsirik. Xəmirə bir az döyülmüş qoz ləpəsi qoyaraq yarım ay şəklinə gətiririk, bir-birinə yapışdırmağa ehtiyac yoxdur. Soba listinə yığıb üzərinə ərinmiş kərə yağı sürtürük. 190 dərəcə isidilmiş sobada üzərləri qızaranadək bişiririk. Sobadan çıxartdıqdan sonra üzərinə soyuq şərbət tökürük. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)