Plovlu toyuq dolması

Ərzaqlar:

1 ədəd toyuq

1 st. düyü

1 ədəd orta boy soğan

1 x.q. kərə yağı

3 x.q. kişmiş

1 dilim limon

Duz, istiot

Sos üçün:

1 x.q. qatıq

1 ç.q. tomat pastası

Hazırlanması:

Qazana kərə yağını töküb xırda doğranmış soğanı əlavə edib biraz qovururuq. Düyünü və kişmişi də əlavə edib 2 dəqiqə qovururuq. Sonra duz, istiot vurub 1 stəkandan biraz az su əlavə edərək qapağını örtürük. Arada qarışdırıb, suyu çəkildikdən sonra ocaqdan götürüb soyumağa qoyuruq. Soyuyan düyünü toyuğun içinə doldurub açıq olan hissəni sapla tikirik. Dərin bir qazana toyugu qoyub, üzərini örtəcək qədər su töküb bir dilim limonu, duzu da əlavə edib qaynamağa qoyuruq. Toyuq bişdikdən sonra qazandan götürüb soba listinə qoyub qatıqla tomat pastasını qarışdırıb üzərinə sürtürük. Sonra sobada üzəri qızarana kimi bişiririk. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)