Qurabiyə

Ərzaqlar:

125 qr. kərə yağı

4 x.q. qarğıdalı nişastası

5 x.q. pudra şəkəri

Yarım su st. duru yağ

2,5, 3 su st. un

Hazırlanması:

Un və nişasta xaricindəki bütün ərzaqları qarışdırma qabına töküb qarışdırırıq. Sonra nişastanı əlavə edib, unu da yavaş-yavaş tökərək yumşaq xəmir yoğururuq. Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb ovucumuzun içində yumurlayıb yağlanmış soba listinə düzürük. Ortasına damla şokoladdan bir ədəd qoyuruq və sobada 180 dərəcədə 15-20 dəqiqə bişiririk. Qurabiyə qızarmamalıdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)