Ər-Rafi

Yüksəldən, ucaldan və uca olan, istədiyi qulunu digərlərindən üstün edən deməkdir. Ürəkləri iman işığı ilə nurlandıran və gerçəklərdən xəbərdar edən Uca Allahdır.

“Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!” (ər-Rəhman, 7)

O, bu dünyada və axirətdə mömin qullarını yüksəldəndir. Qəlbləri Özünə yaxınlaşdıraraq ucaldar, nəfsləri də Özündən uzaqlaşdıraraq alçaldar. Allah qədərinə razı olan bəndələrini daha üstün məqamlara ucaldar. Ər-Rafi ismini zikr edən şəxs hər cür xeyirlərə vəsilə olar. Ruzisi və dərəcəsi artar.

“Onu da yadına sal ki, İbrahim və İsmayıl evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər. (İbrahim və İsmayıl dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (əl-Bəqərə, 127-128). Amin!

Dost qəbul etdiklərini məxluqatın ən şərəflisi edən və onlara göstərilən hörməti özünə edilmiş kimi qəbul edən də Odur.

Allah hər yerdədir. Ən çox da ariflərin qəlbindədir.

Bu səbəblədir ki, onları tanımadan və hörmət qoymadan, Allah Təalanın qəbul dərgahının qapısının açılmayacağı Onun Peyğəmbəri tərəfindən bir qüdsi hədisdə belə buyurulmuşdur:

“Dünyadakı zöhd həyatın öz rahatlığın üçündür; Məni xatırlamağın Mənimlə şərəflənməyin üçündür. Mənim üçün dostuma dost, düşmənimə düşmən oldunmu?”

Ya Rafi! Ya Rafi! Səcdələrimizlə sultan et bizi, qulluğumuzla şərəfləndir bizi, qatında rütbələndir bizi, bizi yaxşılarla birlikdə zikr et, yüksəklərə qovuşdur! Ey Rəbbim, bizi yaradılanların fəxri olan peyğəmbərlərin şəfaətinə nail edib torpaqdan yüksəklərə qaldır. Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)