İplərlə Meyvə Qabı

İstifadə olunacaq ləvazimatlar:

Yapışdırıcı (yapışqan, ev təmir edən ustaların da istifadə etdiyi taxta yapışqanı deyə adlandırılan yapışqandır, quruduqdan sonra şəffaflaşır).

Şar -  1 ədəd

İstədiyiniz rəngdə ip ( çox da incə olmayan şərf və s. toxumaq üçün istifadə olunan iplərdən) 

şəkil 1. Şarımızı qabımızı hansı boyda istəyiriksə o boyda şişirdirik və ağzını möhkəm bağlayırıq.

şəkil 2. Yapışqanı, şarın üzərinə təqribi olaraq yarısına qədər hər tərəfi eyni boyda olacaq şəkildə  yavaşca çəkirik.

şəkil 3. İpi bir ucdan başlayaraq, təsadüfi olaraq bütün yapışqan tökdüyümüz yerə aralarında boş məsafə az qalacaq şəkildə yavaşca qoyuruq.

şəkil 4. Bütün yapışqan olan yerə ipləri təsadüfi bir şəkildə qoyduqdan sonra yavaşca üzərinə basaraq iplərin yapışqana daha yaxşı yapışmasını təmin edirik.

Bütün şarın üzərini örtdükdən sonra, şarın boş qalan, şişirmək üçün olan uc hissəsi altda qalacaq şəkildə bir qabın içinə qoya bilərsiz ki, rahatca qurusun.

Yapışqandan asılı olaraq qabımız 1-2 saata quruyur, tez qurumağı üçün günəşin altında da saxlamaq olar.  

şəkil 5. Quruduqdan sonra şarın ağzını açaraq havasını çıxarın, qabımız hazırdır 

(sadəcə bəzək əşyası olaraq istifadə oluna bilər, içinə su tökməyin, çünki yapışqan əriyər və qabınız da əriyər). İstədiyiniz şəkildə bəzək əşyası olaraq istifadə edə bilərsiniz. 

Qeyd: "Öyrənək" bölməsində bilmək istədiklərinizi, fikir və iradlarınızı, e-mail adresimizə bildirə bilərsiniz. 
 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)