Əl-Muzil

Əl-Muzil İstədiyini zəlil edən, xor görən və alçaldan deməkdir.

“(O gün) bir çox üzlər zəlil görkəm alacaq” (Ğaşiyə, 2)

“Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!” (Yunus, 27)

Allah, özünü böyük göstərəni, lovğalananı sevməz. Çünki mal-mülk insanın özünün qazandığı bir şey deyil, Allahın ona lütf etdiyi nemətdir. Allahın inkarçıları sövq etdiyi "dünya əzabı" nın bir hissəsi də xor və həqir etmədir. Allah bir çox ayəsində axirətdə inkar edənlərə alçaldıcı bir əzabın olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı təkəbbür və lovğalanmaları qarşısında Allahın təqdir etdiyi bir cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilmələridir. Bu səbəblə də həyatlarını Allaha həmd etməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu davranışlarına cavab olaraq cəhənnəmdəki əzabı bunun üzərinə qurmuşdur. Cəhənnəmdə ən böyük həlak isə insanların qarşısında alçaldıqları zaman yaşayacaqlar.

Müzil inkar edənləri dünyada köləliklə, alçaltmaqla zəlil edən, axirətdə də onları cəzalandırmaqla və əbədi olaraq cəhənnəmdə qalmaqla zəlil edən Odur. Allah üsyankarlara dəstək verməyərək onları zəlil etmişdir. Buna görə üsyankarlar günah bataqlığına qərq olmuşdur. Allah bir qulunu zəlil etmək istədiyi zaman onu arzu və istəklərinə düşkün edər, özü ilə onun arasına bir pərdə çəkər və onu özünə dua etməkdən uzaqlaşdırar. Allah-Təala sevdiklərini əməllərində səmimi və ixlaslı olmaları ilə əziz edib, digərlərini isə riya və göstərişlə zəlil edəndir. Allah seçilmiş qullarını, nəfslərinin istək və arzularını tərk etməklə əziz edib, digərlərini isə istək və arzularına tabe olmaqla zəlil etmişdir.

“(Allah) onları, onlar da (Allahı) sevərlər” (Maidə, 54) ayəsində olduğu kimi dostlarını tərifləyərək onları əziz etmiş, düşmənlərini də: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (Məsəd, 1) ayəsində göründüyü kimi onları tənqid edərək zəlil etmiş və alçaltmışdır.

Ya Muzill! Sənə boyun əyməyimiz ən böyük sevincimizdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmağımız ən böyük şərəfimizdir, bizi cavabsız qoyma! Amin!..

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)