Almalı qurabiyə

Ərzaqlar:

150 qr. kərə yağı

1 yumurta

1 su st. pudra şəkəri

2 x.q. qatıq

1 armudu st. duru yağ

1 x.q. sirkə

1 qabartma tozu

1 vanil

4,5 su st. un

İçlik üçün:

4 alma

8 x.q. şəkər tozu

1 ç.q. darçın

1 su st. xırdalanmış qoz və ya fındıq ləpəsi

Hazırlanması:

İlk öncə tavaya almaları rəndələyib şəkər tozunu və ləpəni əlavə edib suyu çəkilənə qədər bişiririk. Darçın əlavə edib qazı söndürürük. Undan başqa digər ərzaqları qarışdırıb az-az unu əlavə edərək ələ yapışmayan bir xəmir əldə edirik. Limon sıxana streç sərib xəmirdən bir parça götürürük. Ortası boş qalacaq şəkildə əlimizlə yanlara yayırıq. İçinə almalı qarışığdan qoyuruq. üzərini təkrar xəmir ilə bağlayırıq. Tərsinə çevirib soba listinə qoyuruq. Bu şəkildə xəmir qurtarana kimi davam edirik. 170 dərəcə isinmiş sobada üzəri çox az qızarana kimi bişiririk. Üzərinə pudra şəkəri səpib servis edirik. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)