Saxsıda küftə

Ərzaqlar:
Küftə üçün:
Yarım kilo qiymə
2 dilim bayat çörək
1 ədəd rəndələnmiş soğan
Nanə qurusu, üyüdülmüş razyana
Duz, istiot
Qızartmaq üçün duru yağ
Sousu üçün:
3 ədəd pomidor
Yarım yemək qaşığı tomat pastası
3 diş sarımsaq
Kəklikotu, duz
Kərə yağı
Üzəri üçün:
Rəndələnmiş holland pendiri
Hazırlanması:
Küftə ərzaqlarını dərin qaba qoyub yaxşı yoğururuq. Qoz böyüklükdə parçalar götürüb yumurlayırıq. Küftələri soyuducuda yarım saat saxlayırıq. Sonra küftələri tavada qızğın yağda hərtərəfli qızardırıq və saxsılara eyni ölçüdə qoyuruq. Pomidorun qabıqlarını soyub xırda-xırda doğrayıb balaca bir qazana tökürük. Kərə yağını və küftələr qızardılan yağdan da bir-iki qaşıq əlavə edib biraz bişiririk. Tomat pastası, sarımsaq, duz, kəklikotu əlavə edirik. Pomidorları yumşalana qədər bişiririk. Sonra eyni ölçüdə küftələrin üzərinə tökürük, 250 dərəcə isinmiş sobada 20 dəqiqə bişirdikdən sonra sobadan çıxarıb üzərinə holland pendiri səpib təkrar sobaya üzəri qızarana kimi bişiririk. Nuş olsun!