İspanaq Yeməyi

Uxa

ərzaqlar:

 1 kq balıq (istənilən növ ola bilər),

  800 qram kartof,

  2ədəd kök,

  2ədəd baş soğan,

  bir miqdar cəfəri kökü, 

  3-4ədəd dəfnə yarpağı,

Narın xörək duzu, istiot.

 Hazırlanması:

Balıqları təmizləyirik, baş və quyruq hissələrini 25-30 dəqiqə qaynadırıq.

 Qalan hissəni böyük olmayan tikələrə ayırırıq.

  Soğanı doğrayırıq, kökü sürtgəcdən keğiririk, kartofları kub şəklində doğrayırıq.

   Bulyon hazır olduqdan sonra baş və quyruq hissəni qazandan ğıxarırıq və hazır bulyona kartofuəlavə edirik. Kartof qaynadıqdan sonra doğradığımız balığıəlavə edib 15 dəqiqə qaynadırıq. Kökü, soğanıəlavə edib daha 7-8 dəqiqə qaynadırıq. Qeyd edim ki, zövqə görə soğanı bir az qovurub daəlavə edə bilərsiniz.

 Sonda dəfnə yarpağı, istiot, cəfəri köküəlavə edirik.

Uxa hazırdır, zövqünüzə görə göyərtiəlavə edə bilərsiniz.

Nuş olsun!!!

Yaş tort

Ərzaqlar:

3ədəd yumurta

2,5 st. şəkər tozu

2,5 st. un

1 x. q. kakao

0.5 x. q. kərə yağı

1 paket qabartma tozu

1 paket vanil

1 armudu stəkan süd

Bir az duz

Kremi üğün:

2 st. süd

1 armudu stəkan şəkər tozu

1 x. q. kakao

1 x.q. buğda nişastası

1 x. q. un

1 paket vanil

1 x. q. kərə yağı

Hazırlanması:

Dərin bir qaba yumurtaları qırırıq, üzərinə şəkər tozunuəlavə edib mikserlə ağarana kimi ğırpırıq. Südü və yağıəlavə edib bir az da qarışdırırıq. Sonra kakao, duz, vanil, un və qabartma tozunu daəlavə edib ğox az qarışdırırıq. Dördkünc qabı yağlayırıq və qarışığı töküb 170 dərəcəli sobada bişiririk. Sonra soyumağa qoyuruq. Kremi üğün bir qazana südü, şəkər tozunu, buğda nişastasını, unu, vanili, kakaonuəlavə edib qarışdırırıq və ocağa qoyuruq.  Qaynayana kimi qarışdırırıq, yağı töküb ocaqdan alırıq və arada qarışdıraraq soyuduruq.

Biskviti ikiyə bölürük, birinci qata kremi sürtüb ikinci qatı da qoyub krem sürtürük. Tortun üzərinə doğranmış qoz ləpəsi səpib istədiyiniz formada servis edə bilərsiniz. Nuş olsun!  

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)