Əs-Səmi

Əs-Səmi kainatdakı hər bir səsi eşidən, gizlində və aşkarda deyiləni, hətta pıçıltını belə duyan deməkdir. Əzəli olan Odur. Daima yaratdıqlarını eşidən Odur, görən Odur. Hökm edən Odur. Qullarına qarşı mülayim davranan Odur. Hər şeyə gücü çatan Odur. O, pıçıltını da, gizlində deyilənləri də eşidəndir.

“(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!” (əl-Ənbiya, 4)

Uca Allah Qurani-Kərimdə quluna şah damarından daha yaxın olduğunu, Ona hər səslənişini Rəbbim deyərək yalvarışını duyduğunu və həmin duaya cavab verdiyini söyləyir. Çünki O, kainatdakı hər səsi eşidəndir.

“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”. (Qaf, 17-18)

Uca Sənətkar yaratdığı insan oğluna “Səmi” isminin təcəllisi ilə qulaq və eşitmə duyğusu verib, özünü tanımasını istəmişdir.

Haqq-Təala eyni anda bütün səsləri eşidir. Dənizin dibindəki balıqlardan tutmuş səmadakı ulduzlara qədər, zərrəciklərdən günəşə, insanlardan mələklərə qədər, sonsuz varlıqların səsini eyni anda eşidir. Heç bir səs digərinə mane olmur. Hətta yalnız səsləri deyil, ürəklərdən keçənləri belə eşidir. Əlbəttə, Onun bu duyuşunu ağlımızın idrak etməsi mümkün deyil.

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, olabilsinki, doğruyolayetişsinlər”. (əl-Bəqərə, 186)

Səmi olan Rəbbimiz insanı ancaq gözəli, doğrunu, haqqı duyub-dinləmək və yaşamaqla xoşbəxt olacaq şəkildə yaratmışdır.

Ey Səmi olan Rəbbim!

Məni Sənə dəvət edən o möhtəşəm Rəhbərin Muhamməd Mustafanın (s.ə.s) səsini əsrlər əvvəlindən könül qulağı ilə eşidərək, Həbibinin dəvətinə qulaq asanlardan eylə!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)