Kartoflu blinçik

Ərzaqlar:

Yarım litr qatıq

Un

Yarım ç.q. soda

Duz

İçi üçün:

Kartof

Soğan

Cəfəri, şüyüd

Duz, istiot

Hazırlanması:

Kartofu bişiririk. Soğanı xırda doğrayıb yağda bir az qızardırıq. Sonra kartofu əlavə edib əzirik. Üzərinə göyərti, duz və istiotu əlavə edib soyuduruq. Qatıq ilə sodanı qarışdırırıq, dərin bir qaba töküb az-az un və duz əlavə edib xəmir yoğururuq. 15 dəq. xəmiri gözlədirik. Sonra xırda kündələrə ayırıb bir az əlimizlə yayırıq. İçinə kartoflu qarışıqdan qoyub şəkildəki kimi büküb təkrar nazik yayırıq. Tavaya yağ tökmədən iki tərəfli qızardırıq. Sonra yağlayırıq və soyutmadan süfrəyə veririk. Nuş olsun!

Qeyd: Ərzaqları istəyə görə azalda və ya çoxalda bilərsiniz. Buna görə miqdar vermədik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)