Toyuqlu tərəvəz dolması

Ərzaqlar:

4 ədəd toyuğun döş əti

5 ədəd soğan

5 ədəd yerkökü

3 diş sarımsaq

Cəfəri, şüyüd

1 x.q. xama

1 ç.q. xardal

Duz, qara bibər, qırmızı bibər

kərəviz kök - 160 qr.

Hazırlanması:

Yerkökünü zolaq-zolaq doğrayırıq. Soğanı yarım halqa doğrayıb yağda bir az qovururuq. Yerkökünü də əlavə edib qovurmağa davam edirik. Sonra şüyüd, cəfəri, sarımsağı xırda doğrayıb qarışığa əlavə edirik. Duz və qara bibəri vurub qazı söndürürük. Döş ətinin bir kənarı kəsilməyəcək şəkildə yarı kəsirik və ət döyənlə döyüb naziklədirik. Bir kasaya xamanı, xardalı və qırmızı bibəri qoyub qarışdırırıq. Sonra toyuq ətinin hər tərəfinə yetəcək şəkildə sürtürük. İçinə qarışıqdan qoyub bükürük. 180 dərəcə qızdırılmış sobada təxminən 20-25 dəqiqə bişiririk. Üzəri qızaranda sobadan götürürük. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)