ƏL-HAKƏM

ƏL-HAKƏM

Əl-Hakəm (c.c.) hökm səlahiyyətini əlində tutan, son hökmü verən, hökm edən, haqqı bərqərar qılan, elmi, sözü, işi doğru olan deməkdir. Sözün özü “bir işi düzəltmək, yaxşılaşdırmaq məqsədi ilə müəyyən qadağa qoyan” mənasını verən “hökm” məsdərindən yaranmışdır.

“Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verənə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!” (Əraf, 87)

“Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!” (Qəsəs, 70)

Hakim hökm və qərar verəndir. Hökmün əsli isə fitnə və fəsada mane olmaqdır. O elə bir hökmdardır ki, hökmünü rədd edəcək və gecikdirəcək heç bir qüvvə yoxdur.

O, elə bir hökmdardır ki, haqq və batili rahatlıqla bir-birindən ayırır. Hər haqq sahibinə haqqını vermək Onun şənindəndir. Hikmət sahibi bir hakim olduğuna görə mütləq hikmətini icra edir.

Allahın qoyduğu hökmləri dəyişdirməyə heç kimin gücü çatmaz! Kiçik və aciz olmalarına baxmayaraq Allahın hökmlərinə qarşı gələnlərin, Onu inkar edənlərin aqibəti acı olmuşdur. Bu gün onların adı belə yada düşmür!

Onun hökmünə boyun əyməyin zirvəsindəki ən ali insan Hz. Muhamməd Mustafa (s.ə.s) və səhabələri isə əsrlərdən bəri xeyir-dualarla anılırlar. Çünki “qulluq” Allahın hökmlərinə şərtsiz təslim olmağın adıdır.

Səhabələr Peyğəmbərimizin (s.ə.s.) hər sözünü baş tacı etdilər. Qurani-Kərimi həyatlarına “hökm edici” qəbul etdilər, həyatlarını onun hökmlərinə həsr etdilər.

Qurani-Kərim insanın qarşılaşacağı hər problemi həll etmək, doğrunu tapmaq üçün baş vurulacaq yeganə qaynaqdır. “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!” (əl-Ənam, 114)

Ey Rəbbim, bizi əl-Hakəm isminin təcəllisi ilə yaşayan, yaradılış qayəmiz olan qulluğumuzu ən gözəl şəkildə yerinə yetirən, hökmünə razı olan, kitabını oxuyub anlayan və onları əskiksiz həyata keçirənlərdən eylə! Amin!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)