Fatih Sultan Mehmet və Jacops qəhvə markası

Fatih Sultan Mehmet və Jacops Qəhvə Markası

Osmanlının padşahı, İstanbulun "Fatehi" Sultan Mehmet xanın həyatı uğurlar və fəthlər ilə dolu müdhiş bir həyat hekayəsidir. Bu hekayənin, əlbəttə, hər fani insanda olduğu kimi bir gün sonu olacaqdı. Fateh Sultan Mehmetin həyatının, bəlkə də, ən sirli hissəsi, ölümü idi. “Jacops”un hekayəsi də bu nöqtədə başlayır.

Əvvəlcə sizə bir neçə məlumat vermək istəyirəm. Osmanlının qurulmasından etibarən pençik (xristian döyüş əsirlərindən beşdə birinin dövlətə verilməsi və bunların təlim keçərək orduya alınması üsuludur) sistemi ilə fəth edilən torpaqlardan könüllü ailələrin uşaqları alınır və əsgər yetişdirmək üçün türk ailələrinə verilirdi.

Bu uşaqlar türk adət-ənənəsini öyrənirdilər. Osmanlı, əsgərləri irq, dil, din ayrı-seçkiliyi etmədən seçirdi. Lakin bir şərt var idi. Bu uşaqların içərisində yəhudi olmayacaqdı. Çünki yəhudilər dini və milli təhsillərini doğulduqları andan etibarən aldıqlarından, onlara bu üsulu tətbiq etmək çətin olurdu.

Türk mənbələrində Sultan Fatehin ölümü İtaliya səfərindən sonra İstanbulda sirli bir şəkildə olmuşdur. Dəqiq bir qeydin tapılmaması onun ölümünü sisli bir pərdə halında tarix rəflərinə basdırmışdır. Lakin o dövrlərdə mövcud olan Ceneviz Dövləti qaynaqlarında Fatehin sis pərdəsini qaldıran bir detal ortaya çıxmışdır.

Ceneviz qaynaqlarında pençik sisteminə seçilərkən yəhudi şəxsiyyətini gizləyən (Jacop),  sonrakı adı ilə Yaqub Paşanın, Fateh Sultanı zəhərlədiyinə dair qeydlərin olduğu bildirilmişdir. İtaliya səfərindən sonra Fateh Sultanın qəhvəsinə zəhər qatdığı irəli sürülən Yaqub Paşanın, Fateh Sultan Mehmetin ölümünə səbəb olduğu müəyyən olunmuşdur. Təbii ki, bu vəziyyət qəti olaraq türk tarixində qəbul olunmamışdır. Fateh Sultanın ölümü öz sirrini qoruyarkən, “Jacopsun” yəhudi qurucuları bu vəziyyətdən təsirlənib qəhvə firmalarının adını Jacops (Yaqubun qəhvəsi) adıyla bazara çıxarmışlar.

Qoxunun Xəbərdaredici Gücü

Gün ərzində qəbul etdiyimiz onlarla qoxunun yalnız "bir neçəsini" fərqində olmadan yaddaşımızda saxlayırıq.

Bu hissin ortaya çıxması, əslində, yeni doğulan bir körpənin dünyaya gələn kimi, ilk anasının qoxusu ilə tanış olmasından başlayır. Daha sonra isə onun yaddaşında yer edərək, hər dəfə aralarındakı əlaqəni qüvvətləndirir.

Getdiyiniz bir mühitdə şahid olduğumuz hər hansı bir qoxunun, yaddaşımız üzərində "canlandırma gücünü" maksimum səviyyəyə gətirdiyini bilirdinizmi? Məsələn, çox sevdiyiniz bir şirniyyatın qoxusunu hiss etdiyimizdə yaddaşınızda şəkli canlanır, ya da çox sevdiyiniz birinin qoxusunu yaddaşınıza fərqində olmadan həkk edirsiniz.

Mindiyiniz bir avtobusda ya da küçədə gedərkən yanınızdan keçən bir insanın istifadə etdiyi ətir, şampun qoxusu daha əvvəl vərdiş etdiyiniz insanın qoxusuyla eynidirsə, ağılınıza bir çox ad gəlmir, yalnız "O adamın" silueti canlanır. Bax, bunlar qoxunun xəbərdaredici gücləri arasındadır ..

Uzun bir aradan sonra yediyiniz yeməyin dadını ilk dəqiqələrdə xatırlamaqda çətinlik çəkə bilərsiniz. Halbuki mətbəxdə bişən yeməyi görmədən, qoxusunu alaraq yaddaşınızda canlandırma qabiliyyətinə sahib olduğunuzu da unutmamalısınız. Maraqlıdır ki, birini görmədən də onu yalnız qoxusuyla yaddaşınızda canlandıra bilirsiniz. Fərqinə varmasaq da, qoxunun həyatımızda yeri və ortaya çıxardığı təsirləri çox böyükdür.

Qoxunun gücünə əgər inanmırsınızsa, səhər qalxdığınızda sobadan çıxan çörəyin qoxusunu xəyal edin və qoxunun gücünü kəşf edin.

Yaddaşınızda yer edən qoxulara dəyər verin…

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)