Əl-Lətif

Əl-Lətif işlərin bütün incəliklərini bilən, ağla gəlməyən yollarla qullarına fayda verən deməkdir. O uca sənətkar “Lətif” ismi ilə hər birimizi xüsusi quruluşda, özünəxas ruh halları ilə yaradaraq bizlərə sənətinin incəliklərini göstərmişdir!

 “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!” (əl-Ənam, 103)

Lətif olan Allah dünya və axirət baxımından qulun gözləmədiyi yerdən ona faydalı olan neməti çatdıran və nemət qapılarını açandır.

Bütün kainatı bütün xırdalıqlarına kimi yaratmış və yaratdığı hər məxluqun ehtiyacını ən incə təfərrüatı ilə qarşılayan Allahdır. O, qulunun günahlarını, tövbə küləyi ilə silib-süpürən, gözyaşı yağışı ilə ruhuna təsir edərək qəlbini canlandıran, könül bağçasında minlərlə əlvan çiçəyi açdırandır!

İbn Ərəbi “Lətif” ismi-şərifini belə izah edir: “Lətif səni ehtiyac və məqsədinə nəzakətlə çatdırandır. “Allah sənə lütf etdi” deyildiyi zaman bu Allah səni gözəlliklə məqsədinə çatdırdı deməkdir”.

“(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: 'Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (Loğman, 16)

Bəzi alimlər isə “Lətif”i keyfiyyəti idrak edilməyən, gizli olan şəklində izah etmişdirlər.

“Ey gizli lütflər sahibi! Qorxduğum şeylərdən məni qurtar!”

Ya Lətif! Səni tərif etməkdən acizəm! Səni yaratdığın zərrələrin ədədi qədər həmd ilə təsbeh edirəm! Bizi Lətif isminə məzhər olub, lütflərinə nail olan və şükrünü əda edə bilənlərdən et! Amin!  

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)