İnci tək sözlər seç!

İman- Allaha səmimi bir məhəbbətlə bağlılıqdır. Möminin Allaha qovuşma yolunda ən böyük sərmayəsi, məhəbbətidir. Fəqət davranışlara keçmədən sözdə qalan bir məhəbbət, tək başına yetərli deyildir. Məhəbbətin kamil nəticəsi, ədəbə riayətlə əldə edilər.

Haqq dostu Mövlananın ifadəsiylə:

“Ağlım, qəlbimə «İman nədir?» deyə soruşdu. Qəlbim isə ağlımın qulağına əyilərək dedi ki: «İman, ədəbdən ibarətdir!»”

Dolayısıyla Haqq dostu kamil möminlərin hər hal və davranışı, bir ədəb və nəzakət təlimidir. Rəbbimiz də Qurani Kərimdə bildirdiyi ölçülərlə bizləri qulluq ədəbinə dəvət etməkdədir.

Ədəb qaydalarına tabe olacaq davranışlarımızın başında “söz” gəlir. Söz, insanın ağlı və qəlbi səviyyəsini, iman və əxlaqi vəziyyətini göstərən bir ayna kimidir. Böyüklərimiz; “İnsan, dilinin altında gizlidir.” Deyiblər. Dolayısıyla, incə ruhlu və zərif bir möminin danışması da ədəbli olar. Bu hadisə, nə gözəl bir misaldır:

Kubas ibn Üşeym (r.a.):

“Mən və Peyğəmbər (s.a.s.), Fil ilində doğulduq”, - deyər. Osman ibn Affan -radıyallahu anh- ona:

“Sənmi daha böyüksən, yoxsa Peyğəmbərmi? (s.a.s.)”, - deyə soruşur. O mübarək səhabə, bu ədəb nümunəsi qarşılığı verir:

“Peyğəmbər (s.a.s.) məndən çox çox və tərifə sığmaz dərəcədə böyükdür. Doğumda isə mən Ondan daha köhnəyəm…” (Tirmizi, Mənaqib, 2/3619)

Dil öyrənmək gözəl bir şeydir. Fəqət bütün dillərin yaradıcısı və sahibi Cənabı Haqqın biz qullarından, insanlıq şərəfini mühafizə edərək yaşamağımız üçün ilk başda öyrənməyimizi murad etdiyi dil, “Quran dilidir”. Bu isə quru-quru bir ərəb dili öyrənmək deyil, Quranın rəhmət diliylə danışmağı öyrənməkdir. Bunun da yolu; əvvəl Quranın bildirdiyi xəbərdarlıqlara görə dilimizi düzəldip tərbiyə etmək, sonra da ilahi təlqinlərlə onu gözəlləşdirməkdən keçər.

Günümüzdə insani münasibətlərdə yaşanan bir çox sıxıntı, dilin yanlış istifadə edilməsindən qaynaqlanır. Çünki dil, xeyrə açar olacağı kimi, doğru istifadə edilmədiyi zaman şərrə də açar ola bilər. Bunun üçün dilimizin qəlblərə batan bir tikan olmamasına çox diqqət etməliyik. Əcdadımız buyurur: “Qılınc yarası sağalar, amma dil yarası sağalmaz”.

Dolayısıyla danışmadan öncə düşünmək, sözün çatacağı yerə yaxşı baxmaq lazımdır. Danışmaq, əlinə bir daş alıb atmaq kimidir. O daşın hara düşəcəyinə diqqət etmək lazımdır. Əfəndimizdə (s.a.s.) belə buyurur:

“…Üzr istəyəcəyin bir söz söyləmə!..” (İbn Macə, Zühd, 15)

İnsan, söyləmədən əvvəl sözünün hakimi ikən, söylədikdən sonra onun məhkumu olur. Söylənməmiş bir sözü hər zaman söyləmə imkanı vardır. Fəqət söylənən bir sözü də hər zaman müdafiə etmək və  hesabını vermək lazımdır.

Kamil möminlər, əvvəl söyləyəcəkləri sözün fayda verib verməyəcəyinə diqqət edər, özlərinə və ya qarşısındakına zərər verəcəksə sükutu seçərlər. Ayrıca, hansı sözü hansı səviyyədə və necə söyləyəcəklərinə də diqqət göstərərlər. Həzrəti Əbu Bəkir (r.a.) nə gözəl söyləyir:

 

“Nə söylədiyini, kimə söylədiyini və nə zaman söylədiyini yaxşı düşün!”

Həzrəti Mövlana da adətən bu hədisi şərifin açıqlaması mahiyyətində:

“Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma!” deyə nəsihət etmişdir.

Dolayısıyla mömin, söyləmiş olduğu sözlərin ilahi kameralar tərəfindən qeydə alındığını əsla unutmamalıdır. Ayəyi kərimədə belə buyrulmuşdur:

“Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qâf, 18)

Bu dünyada hər sözümüzdən dolayı hesaba çəkilməsək belə, axirətdə mütləq hesaba çəkiləcəyik. Buna görə də yediyimiz loğmalar qədər dediyimiz sözlərə də ciddi şəkildə diqqət etməyimiz şərtdir. Yenə bu hikmətlədir ki, Qurani Kərimdə, söz söyləmə ədəbinə, yəni necə danışıb necə danışmayacağı xüsusuna böyük əhəmiyyət verilmişdir.

Quran, bizdən necə bir danışma üslubu istəyir? 

 

-Zalımlara qarşı həlim söz,

-Yoxsula qarşı könül alan, təsəlli edici söz,

-Valideynlərə qarşı şirin və gözəl söz,

-Bütün insanlara qarşı doğru söz,

-Yetimlərə və möhtaclara gözəl söz,

-Təbliğ üçün aşkar, dəqiq və hikmətli söz söyləməyi təlqin edir.

 

Hz.Əli buyurur; “Düşündürücü, hikmətli söz və davranışlarla ruhlarınızı dinləndirin. Çünkü bədənlərin yorulduğu kimi ruhlar da yorular.”

Yəni möminin dili, ilahi həqiqətlərin bədii və ruhani gözəlliklərini sərgiləyən bir hikmət şəlaləsi olmalıdır.

Qurani Kərim, yalan söz, boş sözlər, vəbalı çox böyük olan sözlərdən şiddətlə qaçmağımızı istəyir.

Gözəl danışmaq üçün, əvvəcə dinləməyi öyrənmək də şərtdir. Cənabı Haqq, çox dinləyib az danışmağı üçün insana iki qulaq, bir dil bəxş etmişdir. Çox danışmaq, insanı gözdən salar. İçi boş olan cümlələrdən və uzun uzadıya danışıb vaxtı israf etməkdən qaçmaq lazımdır.

“Ya Hafsa! Çox danışmaqdan qaç. Söylənən şey zikrullah olmadıqca qəlbi öldürər. Fəqət Allahı çox zikr et. Bax bu, qəlbi dirildər” (Ali əl-Müttəqi, no: 1896)

Ayəyi kərimədə buyrulur:

“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19)

Bəzi səhabələrin, Peyğəmbərimizin (s.ə.s.) hüzurunda yüksək səslə danışmaları üzərinə bu ilahi xəbərdarlıq gəlmişdir:

“Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar (əl-Hucurât, 1-2).

Bu da böyüklərin və hörmətə layiq kimsələrin hüzurunda ədəbən səsi qısmağı ifadə edir.

Ayrıca dili; dediqodu, qiybət, iftira, sui-zən kimi çirkinliklərlə də kirlətməmək lazımdır. Bunlar, qəlbdəki fəsadı göstərən dilin afətləridir.

Quran əxlaqıyla əxlaqlanmış bir mömin, açılmış bir çiçək kimi gözəlliyi ilə, xoş qoxusuyla, ruhu oxşamalıdır. Hər sözü, ruha qida olan dəyərli ifadələrlə bəzənməlidir. Simasından təbəssümü əksik etməməli, şirin diliylə ətrafa rəhmət saçmalıdır...

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)