Dişlərimizi qoruyaq!

Bir çox insanları narahat edən problemlərdən biri, diş xəstəlikləridir.Özünə qulluq rubrikasının bu sayında dişlərin sağlamlığı haqqdında sizə ətraflı məlumat verməyə çalışacayıq. Diş ətində yaranan hər növ xəstəliklərin əsas səbəbi bakterialardır. Bakterialar əvvəl dişlərin emalını zəiflədir sonra onların itkisinə səbəb olur.Bu təhlükədən qorunmaq üçün ümumi olaraq 5 qanuna riayət etmək tövsiyə edilir.
1. İldə iki dəfə mütləq stomatoloq müayinəsindən keçmək
2. Gündə ən azı iki dəfə dişləri yumaq
3. Hər yeməkdən sonra adi ilıq su ilə dişləri yaxalamaq
4. Dişlərin yuyulmasında istifadə olunan diş fırçasının və diş məcunun düzgün seçmək
5. 6 aydan bir diş fırçasını yenisi ilə əvəz etmək:
Qeyd etditimiz kimi bakterialar dişlərin erkən itkisinə bilavasitə təsir edir. Səhər və axşam dişlər yuyularkən bu problem qismən də olsa azalır. Lakin yemək yedikdən dərhal sonra dişləri yumaq olmaz. Bu zaman diş emalı zəif olduğundan fırça diş emalını zədələyir. Daha düzgün olardı ki, yeməkdən sonra diş ilıq suyla yaxalanar, (bu ağız boşluğunda bakteriaların artmasına mane olar) və qida qəbulundan yarım saat sonra fırça ilə yuyula bilər. Diş fırçası diş emalına və diş ətinə uyğun seçilməlidir. Diş fırçası sərtliyinə görə yumşaq, orta sərt, sərt olur.
Yumşaq diş fırçası problemli diş və damaq, (həssas qanaxma olan) orta; normal, sağlam dişlər,sərt diş fırçasını isə mütəxəssislər diş daşlarının müalicəsi zamanı istifadə etməyi və sağlam damaq üçün daha uyğun hesab edirlər. Lakin stomatoloqlar ümumi olaraq optimal variant kimi ortasərt diş fırçasını tövsiyyə edir. Ağız boşluğunun gigiyenik cəhətdən təmiz və sağlamlığına görə, diş məcunları da bir neçə yerə bölünür;
Gigiyenik: diş emalının təmizlənməsi və nəfəs təravətləndirici,
Profilaktik; kariyes və parodontoz xəstəliklərinin qarşısını almaq üçün nəzərdə tutulub.
Həssas dişlər üçün: tərkibi minerallar, kalsi, fosfor
Ftor və ya bitki tərkibli yağlar, şalfey, çobanyastığı və s. ibarətdir.
Müalicəvi: yalnız stomotoloqların məsləhəti ilə seçilir.
Ağardıcı: soda və ya kimyəvi ağardıcı tərkibli diş məcunlarıni isə həftədə 2-3 dəfə istifadə etmək olar.
Dişləri yuyarkən fırçanı horizental şəkildə damaqdan (yəni yuxarıdan aşağı) dişin kəsici hissəsinə qədər gətirmək lazımdır. Dişlərin möhkəmliyini uzun müddət qorumaq üçün, ev şəraitində hazırlanan qarışıqlar da yardımçı ola bilər. 2 damcı çay ağacı yağı və yarım stəkan su. Alınan məhlulla müntəzəm olaraq dişləri yaxalamaq məsləhətdir. Tibb elmində xolitoz adlanan (Yəni ağız boşluğunda yaranan xoşagəlməz qoxu) problemi də aradan qaldırmaq üçün, ilk olaraq səbəbi aydınlaşdırmaq vacibdir. Mədə-bağırsaq və ya digər orqanlar sağlamdırsa demək məsələ diş xəstəliyi ilə əlaqdar ola bilər. Problemlə mübarizə aparmaq üçün, bir neçə yeni dərilmiş cəfəri yarpağını 15-20 dəq. çeynəmək kifayətdir. Başqa bir üsul isə təravətli şüyüt yarpağını eyni miqdarda nanə ilə qarışdıraraq dəmləyib soyuduqdan sonra içmək də faydalıdır. Daha çox xanımları maraqlandıran məsələllərdən biri “bəyaz gülüşdür” yəni ağ dişlər. Artıq vəsait sərf etmədən,rahat şəkildə ev şəraitində bəyaz dişlərə sahib olmaq olar. Beləki, 1 ç q. soda ilə 1 ç.q. limon suyunu qarışdırıb dişləri yumaq;
Digər sınanmış üsullardan biri isə, 1x. qaşığı soda az miqdarda suyla qarışdırılır, (hazırlanan məhlul diş məcununu xatırlatmalıdır) alınan qarışıqla dişlər yuyulur, 10 dəqiqə saxlanılır və ilıq suyla yaxalanır. Prosedur bitdikdən 5 dəq sonra həmişəki qaydada dişlər adi diş məcunu ilə yuyulur. Dəyərli oxucularımız, ümid edirik ki, bu gün ki, yazımızda faydalı məlumatlar əldə edə bildiniz.