Şokoladlı pankek

 

Ərzaqlar:

2 ədəd yumurta

3 x. q. şəkər tozu

 1 st. süd

1,5 st. un

Yarım paket qabartma tozu

1 vanil

Şokolad yağı

Hazırlanması:

Şokolad yağından yağlı kağız üzərinə nazik, yumru, kiçik dairələr şəklində yayırıq və buzluqda saxlayırıq. Yumurta və şəkər tozunu ağarana kimi çalırıq. Sonra süd, un, qabartma tozu və vanili də qatıb təkrar çalırıq. Tavanı qoyub ocağı orta odda yandırırıq. Qarışıqdan 1 xörək qaşığı qədər töküb üzərinə şokolad qoyub təkrar qarışıqdan üstünü örtəcək qədər tökürük. Üzəri göz-göz olanda çeviririk. Tavada bir neçə ədəd bişirmək olar. Əgər xəmirdən artıq qalarsa sadə də bişirmək olar. Pankeklərimiz hazırdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)