Poğaça

Ərzaqlar:

125 qr. kərə yağı

1 armudu st. qatıq

Yarım armudu st. duru yağ

Yarım dəstə xırda doğranmış şüyüd

1 paket qabartma tozu

1 ç.q. soda

3 st. un

İçlik üçün:

150 qr. pendir

Sucuq

Labne pendiri

Yarım dəstə cəfəri

Hazırlanması:

Un xaric xəmir üçün olan ərzaqları bir qaba töküb qarışdırırıq. Unu yavaş-yavaş əlavə edərək yumşaq xəmir yoğururuq. Pendiri xırdalayırıq və sucuğu doğrayıb qarışdırırıq. Xəmirdən qozdan bir az böyük kündələr qoparıb yumurlayıb əlimizlə yayırıq. İçlikdən qoyub uc hissəsi bir az açıq qalacaq şəkildə bükürük və yağlanmış soba listinə düzürük. Üzərinə yumurta sarısı çəkib 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişiririk. Soyuduqdan sonra poğaçanın açıq qalan hissəsini əvvəl labne pendirinə sonra da xırda doğranmış cəfəriyə batırıb servis edirik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)