Sobada spagetti

Ərzaqlar:
1 paket spagetti
150 qr. holland pendir
2 ədəd bibər
1ədəd böyük yerkökü
2 ədəd soğan
1 dəstə göy soğan
2 ədəd pomidor
4 ədəd yumurta
2 x.q. suxari
1dəstə cəfəri
Duz, istiot
Hazırlanması:
Soğanları soyub xırda doğrayırıq. Yerkökünü və bibərləri təmizləyib xırda doğrayırıq. Soğanı tavaya töküb bir az yağda qovururuq. Kökü və bibəri də əlavə edirik və beş dəqiqə bişiririk. Sonra pomidoru və göy soğanı da xırda doğrayıb qarışığa əlavə edirik. Duz, istiot vurub ocaqdan götürürük. Qazana su töküb qaynamağa qoyuruq. Qaynadıqdan sonra spagettini əlavə edirik. İstəyə görə spagettini ikiyə bölə bilərsiniz. Bişdikdən sonra suyunu süzürük, holland pendirini də rəndələyib soğanlı qarışığa əlavə edib hamısını birlikdə qarışdırırıq. Dərin bir qaba yumurtaları qırırıq və cəfərini də xırda doğrayıb duz, istiot vurub qarışdırırıq. Kek qabını yağlayıb suxari səpirik. Spagetti qarışığını hər tərəfə gələcək şəkildə yayırıq. Üzərinə yumurta qarışığını tökürük və sobaya 200 dərəcədə 30 dəqiqə bişiririk. Nuş olsun!