Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki: “Nəhayət, Allah-Təala bəndələri arasında hökm etməyi əmr edərkən biri: “Muhamməd və ümməti haradadır?-deyə səslənər. Ümmətimin dəstəmaz izləri nurla ardımdan gələr”.

Digər peyğəmbərlərin ümmətlərinin, eləcə də kafir və münafiqlərin həsəd apardığı Muhamməd ümməti haqqında peyğəmbərimiz : “Biz ən son ümmət olmağımıza baxmayaraq, hesaba çəkilən ilk ümmət olacağıq. Digər ümmətlər olduqları yerdə bizə yol açacaqlar. Onlar bizim haqqımızda: “Bunların hardasa hamısı peyğəmbərdir”,- deyəcəklər (İbn Macə, 4290; Əbu Davud ət-Tayalisi, 2711).

İnsanlar qiyamət günü sorğu-sual olmaq üçün üç qrupa ayrılacaqlar. Allah-Təala onlara  dünyada verdiyi nemətləri açıqlamalarını istəyəcək. Verdiyi nemətləri Allah yolunda infaq etmələri səbəbilə bu suallar onlar üçün şərəf və o nemətlərin bitməz-tükənməz olduğunu dərk etmələri səbəbilədir. Sonra hesaba çəkilmədən cənnətə girəcəklər.

Bəzi insanlar asan bir sorğuya çəkiləcəklər. Bəzi şeylərdən hesaba çəkiləcək və hesabları çətinləşdirilməyəcək. Allah-Təala: “Kimin kitabı sağından verilirsə, asan bir hesabla hesaba çəkiləcək və sevinc içində ailəsinə dönəcəkdir” (İnşiqaq, 7-9).

Bəzi qruplar isə çox çətin bir hesaba çəkiləcək, onlar üçün məşəqqətli bir imtahan olacaq, kiçik-böyük, əhəmiyyət verməyərək işlədikləri hər bir şeydən hesaba çəkiləcəklər. Bunlar da kafirlər və fasiqlərdir.

Cənnətə hesaba çəkilmədən girənlərin sayı çox olub, bunlar imanları güclü, təvəkkülləri tam və hər şeydə sadəcə Allahın əzəmət və qüdrətinin böyüklüyünə könüldən inanan insanlardır. İbn Abbas (r.a.) buyurmuşdur:

“Bir gün Rəsulullah (s.ə.s.) yanımıza gəldi və buyurdu ki:

- Bu gün mənə ümmətlər göstərildi. Bəzi peyğəmbərlər yanında bir nəfərlə, bəzi peyğəmbərlər iki nəfərlə gəlib keçir, bəzilərinin də yanlarında kiçik bir qruplar var idi. Bəzi peyğəmbərlər də var idi ki, yanında heç kim yox idi. Bu halda ikən üfüqü əhatə edən bir qaraltı gördüm. Onların mənim ümmətim olduğunu zənn etdim.

- Bu, “Musanın ümmətidir”,- dedilər. Sonra mənə:

- “Bax”,- dedilər.

Baxdım ki, üfüqun hamısını əhatə edən bir qaraltı var. Sonra mənə müxtəlif istiqamətləri işarə edərək:

- “Bura da bax, ora da bax”, - dedilər.

Böyük bir qaraltı olduğunu gördüm. Mənə:

“Bunlar sənin ümmətindir”, - dedilər. Bunlarla birlikdə ümmətindən cənnətə 70 min insan hesabsız olaraq girəcək”, - dedilər.

 Allah Rəsulu  bunları dedikdən sonra heç bir şey danışmadan və izah etmədən oradan ayrıldı.

Səhabə öz aralarında bu yetmiş min insanın kimlər olacağı barədə mülahizələrini yurutməyə başladılar. Bəziləri:

- “Biz şirk mühitində gözümüzü açdıq. İslama girənədək hər şeyə bulaşdıq. Daha sonra Allah və Rəsuluna inandıq.  Bunlar yəqin ki, üzərində günah olmadan gənc yaşlarında İslamla şərəflənən insanlardır ki, üzərlərində namaz, oruc borcu yoxdur”.

Bu müzakirələr gedib Peyğəmbərə (s.ə.s.) çatınca o məscidə gəldi və:

- “Bunlar uğursuzluğa inanmayan, özünü dağlatmayan, ovsun elətdirməyən və sadəcə Rəblərinə təvəkkül edən insanlardır”,- buyurdu.

Bunun üzərinə Uqqaşə ibn Mihsan ayağa qalxaraq:

- “Mən onlardanam, ya Rasulallah?”- dedi.

Allah Rəsulu (s.ə.s.):

- “Bəli”, – dedi. Başqa biri də ayağa qalxıb:

 “Mənim də onlardan olmam üçün dua et”,- dedi. Peyğəmbərimiz:

- “Uqqaşə səni keçdi”,- buyurdu (Buxari, Kitabut-Tıbb, 5752).

Əli ibn Hüseyn rəvayət edir ki, qiyamət günü olunca bir nidaçı:

-“Fəzilət sahibi olanlar hardadır?” - deyə səslənirlər.

Bundan sonra bir qrup insan ayağa qalxar. Onlara “Cənnətə gedin”,- deyərlər. Mələklər onları qarşılayar və “Hara gedirsiniz?” – deyə soruşarlar. Onlar: “Cənnətə”,- deyərlər. Mələklər: “Hesaba çəkilmədənmi?”- deyərlər. Onlar: “Bəli”,- deyərlər. Mələklər: “Siz kimlərsiniz? - deyərlər. Onlar: “Fəzilət sahibləri”,- deyərlər. Mələklər: “Hansi fəzilət və məziyyətləriniz hesaba çəkilmədən Cənnətə daxil olmağınıza səbəb oldu?”- soruşarlar. Onlar da: “İnsanlar bizə cahilcə davrandıqlarında yumşaq və sakit davranır, zülm edildiyində səbir edir, pis iş gördüklərində bağışlardıq”, - deyərlər. Bunun üzərinə mələklər: “Girin Cənnətə! Gözəl iş görənlərin mükafatı nə gözəldir!”- deyərlər (Əbu Nuaym, 3/139).

İnsanların ən üstününün əxlaqca ən gözəl insanlar olduğunu söyləyən Allah Rəsulu (s.ə.s.), Cənnəti və Allah-Təalanın razılığını qazanmaq istəyən möminlərin belə gözəl əxlaq keyfiyyətlərinə sahib olunmaları üçün təşviq edərdi.

Gözəl əxlaqı ilə insanların qəlblərində taxt quran Allah Rəsulu (s.ə.s.) bir söhbətində:

“Sizdən ən çox sevdiyim və qiyamət günü mənə ən yaxın olanlarınızdan bəziləri, əxlaqı ən gözəl, cana yaxın, cömərd və idarə edilməsi asan olanlarınız, ülfət edib özü ilə ülfət edilən insanlardır. Sizdən ən sevmədiyim və qiyamət günü məndən ən uzaq olanlarınızdan bəziləri isə sərsərilər, boşboğazlar (boş-boş danışanlar), mütəfeyhiqlər və ovurdlarını şişirə-şişirə danışanlardır”.

Səhabə:

“Ey Allahın Rəsulu digərlərini bildik, bəs mütəfəyhiqlər kimlərdir?-deyə soruşdular. Rəsulullah (s.ə.s.): “Qürurlanan təkəbbürlü insanlardır”,- buyurmuşdur (Ət-Tərğib vət-Tərhib, 3/359; Tirmizi; Tabərani və İbn Hibban).

Peyğəmbərimiz (s.ə.s.) zaman-zaman əshabına hesaba çəkilmədən Cənnətə girəcək olanların necə bir əmələ sahib olduqları barədə maraqlı rəvayətlər nəql edər və onların da belə əməllərdə bir-biriləri arasında yarışmalarını təşviq edərdi.

Əbu Malik əl-Əşaridən (r.a.) rəvayət edildiyinə görə Allah Rəsulu (s.ə.s.) buyurur:

- “Ey insanlar! Eşidin və düşünün! Bilin ki, Allah-Təalanın peyğəmbər və şəhid olmayan bəzi bəndələri vardır ki, məqamlarından və Allaha yaxınlıqları səbəbilə peyğəmbərlər və şəhidlər onlara qibtə edərlər”,- buyurdu.

 Bunu uzaqdan dinləyən bir bədəvi peyğəmbərin danışdıqlarını təkrar edib əli ilə işarə edərək:

- “Kimdir bu peyğəmbərlərin və şəhidlərin qibtə etdikləri insanlar?”- dedi. Rasulullahın bədəvinin sözündən sevindiyi üzünün gülməsindən bəlli idi. Odur ki, dedi:

- “Onlar, kim olduqları bilinməyən, qəbilələrindən və əşirətlərindən ayrılmış, aralarında yaxınlıq və qohum-əqrəba əlaqəsi olmayan və Allah üçün bir-birilərini sevən, qəlbləri saf və təmiz insanlardır. Allah-Təala qiyamət günü onlara nurdan divanlar qoyacaq və onun üzərinə oturacaqlar. Onların üzlərinin nuru, paltarlarını nurlu etmişdir. Qiyamət günü insanlar böyük bir qorxuya düşərlər, ancaq onlar qorxmazlar. Onlar Allah-Təalanın vəliləridir. Onlara heç bir qorxu yoxdur və qəmgin də olmayacaqlar (Əbu Davud; Əhməd bin Hanbəl).

Rəsulullah (s.ə.s.)  buyurur:

-“Sizlər qiyamət günü bir araya toplanırsınız. “Bu ümmətin kasıbları hardadır?”- deyə səslənilir. Kasıblar ayağa qalxarlar. Onlara: “Nə etdiniz?- deyilir. “Rəbbimiz! Sıxıntılara düçar olub səbir etdik. Mal-mülk və səltənət bizdən keçib başqalarına verildi”,- dedilər. Allah-Təala: “Doğru söylədiniz”,- buyurur.

Rəsulullah (s.ə.s.) sözlərinə davam edərək:

-“Beləcə onlar Cənnətə digərlərindən öncə girərlər. Hesabın sərvət sahiblərinə və idarəçilərə sıxıntısı və məşəqqəti isə davam edər”,- buyurdu. Oradakılar

 -“Bəs o vaxt möminlər harada olacaqlar? - deyə soruşdular. Rəsulullah (s.ə.s.):

“Onlara nurdan oturacaqlar verilir, buludlar onları kölgələyir. O gün möminlərə gündüzün bir vaxtından daha qısa kimi gələr” (Təbərani və İbn Hibban). Bu hədisi Qurani-Kərimin Yunus surəsinin 45-ci ayəsi belə açıqlayır:

“(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildirlər”.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)