Ölümlü Dünya

                                                                          

Dünyanın sevinci, dünyanın qəmi,

Min yerə yönəldir insan qəlbini.

 

Bilmir əzab çəkə, ya sitəm yeyə,

Dərdini açmayır o heç kimsəyə.

 

Əzaba, sitəmə dözməyən insan,

Çox vaxt nifrət edir öz varlığından.

 

Çünki ürəyində yurd salıb şeytan,

Ona əzab verir paxıllığından.

 

Özünə sual et, de, bəs kiməm mən?

Özünü tələb et öz mənliyindən.

 

Özünü görməsən özün – özündə,

Onda qüsur axtar öz gözlərində.

 

Bu gözün qüsuru deyilmiş əlbət,

Bu sirri mən açım sənə, nəhayət,

 

Gözlərdə o qüsur yox imiş demək,

Günahdır gözlərdən şikayət etmək.

 

Hər insan ruhunu tərbiyə etsə,

İnan xeyri dəyər onun hər kəsə.

 

Biz öz ruhumuzu duya bilsəydik,

Onda özümüzü görə bilərdik.

 

 

Gəlin, ruhumuzu edək tərbiyə,

Bizlər də qovuşaq bu xoşbəxtliyə.

 

İmansız bir ruh şildir, xəstədir,

Ruhun tərbiyəsi ibadətdədir.

 

Ruhunu qovuşdur sən ibadətə,

Onda yetişərsən böyük xilqətə.

 

Ey insan övladı, oxuyub bunu,

Nurlara qərq eylə ömür yolunu.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)