Əl-Xabir

Əl-Xabir (c.c.) hər şeyin iç üzündən, gizli tərəflərindən xəbəri olan, olacaqları ən gözəl şəkildə bilən, hər şeydən xəbərdar deməkdir.

“Məgər Yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (əl-Mülk, 14)

Bu adın incəliklərinə bələd olmaq, insan həyatına möhtəşəm qulluq şüuru gətirər, axirətdə əbədi həyata ən gözəl şəkildə hazırlanmasına səbəb olar.

Uca Allah zamandan və məkandan münəzzəh olaraq, zaman və məkanın əhatə etdiyi hər şeyi, keçmişdən gələcəyə qədər kainatda olmuş və olacaqların hər birini biləndir. Hz. Adəmdən (ə.s.) qiyamətə qədər gələcək bütün insanların da həyatlarının başlanğıcından ölümlərinə qədər nələr etdiyindən və nələr edəcəklərindən xəbərdardır. Yalnız əməllərə əks edən deyil, ağıllardan keçənlərdən, ürəklərdə gizlətdiklərindən də xəbərdar olandır.

“Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə etdiklərinizi görəndir!” (əl-Hucurat, 18)

Dünya həyatı insan əlaqələri ilə birlikdə başlayar. Cəmiyyətdə, hər mövzuda ölçünü Qurani-Kərimdən və sünnətdən alaraq yaşamalı, qul haqqına çox diqqət etməli, əməllərimizdən Rəbbimizin xəbərdar olduğunu unutmamalıyıq.

Xeyir işdə yarışmalıyıq, dostlar! Hər şeydən xəbərdar olan Rəbbimizin bizi gördüyünü dərk edərək insanlardan heç bir qarşılıq gözləmədən, sadəcə Onun rizası üçün xeyirdə yarışmalıyıq...

“(Loğman) dedi: Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (Loğman, 16).

Ya Xabir! Mən bilməkdən acizəm. Sən məni rizanı qazandıracaq əməllərə yönəlt! Əməl dəftəri açılıb içindəkilər bir-bir soruşulduğu zaman məni “(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun nemətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər!” (Furkan, 58) ayəsi ilə yaşayan, onun kölgəsinə sığınaraq, Səndən bağışlanma diləyən və əfvindən ümidini kəsməyən qullarından eylə! Amin!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)