Bağça və Uşaq

Uşağın şəxsiyyətə çevrilməsində ailə, mühit, tərbiyə ilə yanaşı, məktəb, sosial müəssisələr, müxtəlif dərnəklər radio və televiziya verilişləri həlledici  rol oynayır. Bağçanın uşaqların həyatında rolu böyükdür. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Uşaqların necə inkişaf edəcəyi onları əhatə edən mühitlə bağlıdır. Uşaqların sosiallaşması üçün atılan ilk addımlardan biri də onların bağça mühitinə öyrəşmələri ilə başlayır. Tədqiqatlar da müəyyən etmişdir ki, uşağın intellektual səviyyəsi məhz kiçik yaşlarında ona verilən tərbiyə ilə bağlıdır. Bağçaya gedən uşaqla, getməyən uşağın fərqi varmı? Bağçaya gedən uşaq daha fəal olur. Fiziki, əqli cəhətdən yaxşı inkişaf edir ,özünə inamlı olur, nitqi inkişaf edir, kollektivə daha rahat öyrəşir. Uşaq bağça mühitində paylaşmağı öyrənir, əvvəl uşaqlar elə bilir ki, hər şey onlara alınmalıdır, amma bağça mühiti onlara paylaşmağı bölüşməyi öyrədir. Dostlaşırlar, dostları ilə daha çox ünsiyyətdə olur. Onlarla daha çox zaman keçirmək istəyir. Hətta bağçaya alışan uşaq həftə sonu anasından “bağça nə vaxt açılacaq?”- deyə, soruşar. Bağçaya getməyən uşaqlarda isə özünə qapanıqlıq müşahidə olunur, ünsiyyətə az daxil olurlar, yeni mühitə gec adaptasiya olurlar.

Əhatə olunduğu mühit uşağın inkişafına birbaşa təsir edir. Bağça yaş dövründə uşaqların beyninin inkişafı üçün artıq хüsusi mərhələ başlayır. Məsələn, 3 yaş dövründə dilin imkanları sürətli inkişaf dövrünü başlayır. Dilin inkişafı üçün хüsusi bir zəmin yaranır. Uşağın lüğət ehtiyatı artır, ünsiyyətə meyli çoхalır. Eyni zamanda, “mən” obrazı formalaşır. Məktəbəqədər dövrdə uşağın nitqi xüsusi ilə şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir. O, ana dilini qrammatik qanunları əsasında danışmağa başlayır. Məktəbəqədər dövrdə uşaqların nitqi ünsiyyət vasitəsi kimi inkişaf edir. Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq formalarından biri də izahlı nitqdir. Məsələn, uşaq bu nitqlə oyunun məzmununu yoldaşlarına izah edir. Rabitəli nitqin bir forması olan izahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir.

Eqosu yüksək olan, aqressiv olan ərköyün uşaqlar bağça mühitində paylaşmağı, dostlaşmağı öyrənirlər. Evdə valideyn nə qədər uşağın suallarına cavab versə də, uşaq onunla razılaşmır. Daha geniş cavab gözləyir. Evdə uşaq yaxşı hərəkət edəndə valideyn nə  qədər ona “ağıllı balam”, “sağ ol” desə də bağçada müəllimlərinin onu həvəsləndirməsi “afərin” deməsi fərqli nəticə verir.  Məlum olduğu kimi bağça yaşlı uşaqların əsas aparıcı fəaliyyət növü oyundur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər. Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş). Bu dövrdə süjetli oyunların inkişafı sürətlənir, rolların mənilsənilməsi imkanları genişlənir. Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ün­siy­yət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid et­mək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəra­­itində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır. Xüsusi ilə bu yaş üçün səciyyəvi tipik olan rollu oyunlar da uşaqlar yaşlıların fəaliyyətini öz üzərinə götürür, onların real həyatı funksiyalarını yerinə yetirir, özlərini böyüklər kimi aparırlar. Bu yaş dövrü üçün aparıcı fəaliyyət olan oyun prosesində uşaq müəyyən işlər görür. Rola uyğun fikir  yürüdür, münasibətini bildirir, hətta yeri gəldikcə mübahisə edir və yaş artdıqca qaydalı oyunlar onların həyatında mühüm yer tutmağa başlayır.

Uşağın bağçada bir çox imkanları, qabiliyyətləri ünsiyyət bacarığı fəaliyyət formasında meydana  çıxır. Qabiliyyətin üzə çıxması üçün uşaq mütləq bir fəaliyyətdə olmalıdır. Evdə uşaq ən çoxu valideynlə oynaya bilər, lakin oyunun müəyyən mərhələləri var. Uşaq kiçik yaş dövründə əşyaları tanımağa başlayır, müxtəlif oyuncaqlarla oynayır. Ətrafında gördüklərini təhlil edir, hələ kiçik yaşlarında uşaq oyuncaqları tərkib hisslərini ayıraraq analiz edir, onlarla oynayır. Bunlar da uşağın inkişafına zəmin yaradır, bir müddət sonra uşaq oyun əsasında ətraf insanları, onu əhatə edənlərin sosial rollarını mənimsəyir. Oyun da bunu daha da təkmilləşdirir. Bu təkmilləşdirmə yalnız bağça mühitində daha keyfiyyətli həyata keçə bilər. Bunlarla yanaşı onlar dostluq etməyi, kömək etməyi öyrənirlər. Bağçaya gedən uşaq artıq məktəb dövründə müəyyən inkişafda özünü göstərir,   məktəbə hazır vəziyyətdə gəlir, sosial fobiyası olmur, ağlamır, qışqırmır, anasını istəmir, yeni mühitə daha tez öyrəşir, tanımadığı uşağa tez alışır. Buna görə də bağçanın rolu uşağın həyatında əvəzolunmazdır.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)