Yoxsulların Anası - Həzrət Zeynəb binti Hüzeymə (r.a.)

Ona “Ummul-məsakin”, yəni yoxsul və möhtacların anası adı verilmişdir. Çünki bu mübarək anamız həm cahiliyyə dövründə, həm də islamiyyət gəldikdən sonra əlində olanları kasıblarla bölüşməsi ilə məşhur imiş.

Mübarək anamızın Rəsulullahın evindəki həyatı qısa (iki və ya üç ay) olduğu üçün, adətən, onun barəsində çox yazılmır. Buna baxmayaraq onun haqqında bu müxtəsər məlumatı vermək mümkündür.

Qəbiləsi

Zeynəb bintu Huzeymənin ata tərəfdən künyəsi (bir kimsənin adı, soyadı, ölkəsi, doğumu, peşəsi və s. xüsusiyyətlərini göstərən qeydiyyat) belədir: Zeynəb bintu Huzeymə ibn Haris Abdullah əl-Amiriyyə... Əslən Nəcd bölgəsindən gələrək Məkkədə məskunlaşmışlar. Anası haqqında isə çox məlumat yoxdur.

Zeynəb anamızın qəbiləsi olan Amir ibnu Sasaa (Amiriyyə) o vaxt Ərəbistanın ən qüvvətli qəbilələrindən biri idi.

Peyğəmbərimizlə (s.ə.s.) nikahı

 Peyğəmbərimiz (s.ə.s.) Zeynəb anamızın qəbiləsinin İslamla düşmənçiliyinin davam etməməsi üçün nələrsə etmək istəyirdi. Məhz Həzrət Zeynəb bintu Huzeymə ilə evliliyi də bu vaxta təsadüf edir. Ona evlilik təklifi etdiyi zaman Zeynəb anamız böyük bir təslimiyyət göstərmiş və:

  • Bu mövzuda qərar Allah və Rəsuluna (s.ə.s.) aiddir, – demişdir.

Peyğəmbərimiz (s.ə.s.) də hicrətin 3-cü ili Ramazan ayında 400 dirhəm mehir verərək onunla evlənmişdir.

Bu evlilik sayəsində Allah Rəsulu (s.ə.s.) bu qəbilə ilə qohumluq əlaqələri qurmuş, onların kin və düşmənçilik duyğularını azaltmışdır. Lakin təssüflər olsun ki, Peyğəmbərimizin (s.ə.s.) onunla evlənməsindən 2-3 ay kimi qısa bir zaman keçdikdən sonra Zeynəb anamız 30  yaşlarında olarkən vəfat etmişdir.

Rəsulullah (s.ə.s.) ilə evlənməzdən əvvəl bir neçə dəfə evli olduğu da rəvayət edilmişdir. İlk olaraq Peyğəmbərimizin (s.ə.s.) qohumlarından Tufeyl ibn Haris ibn Muttaliblə, ondan boşandıqdan sonra isə onun qardaşı Ubeyd ibn Haris ilə evləndiyinə dair rəvayətlər mövcuddur. Rəvayətə görə Tufeylin qardaşının da Bədirdə şəhid olmasından sonra Allah Rəsulu (s.ə.s.) ilə evlənmişdir.

Digər bir rəvayətə görə də Peyğəmbərimizin (s.ə.s.) bibisinin oğlu olan Abdullah ibn Cahş ilə evli idi. Onun Uhudda şəhid olmasından sonra Peyğəmbərimiz (s.ə.s.) ilə evlənmişdi.

Əxlaq və  fəzilətləri

Peyğəmbərimiz (s.ə.s.) yəqin ki, həm onun güclü qəbiləsi ilə yaxınlıq qurmaq, həm də yoxsullara yardımı və onlara düşkünlüyü ilə tanınıb “Ummul Məsakin – Yoxsulların Anası” ünvanını alan Zeynəbi, bu yüksək əxlaqına görə mükafatlandırmaq məqsədi ilə evləmnə təklifi etmişdi. Bəlkə də Rəsulullah (s.ə.s.) onun insanlar üzərindəki şəfqət, mərhəmət və məhəbbətə söykənən mənəvi təsirini də güdürdü.

Peyğəmbərimiz (s.ə.s.) “Mənə ilk qovuşacaq olanınız əli ən uzun olandır”,- buyurmuşdur. Bu hədisi-şərifi ilk baxışda anlamayan mübarək analarımız qollarını bir-biri ilə ölçməyə başlamışdılar. Halbuki hədisi-şərifdə nəzərdə tutulan “ən cörmərd” olan idi.

Onun həyatı ilə bağlı məlumat bu qədərdir. Ancaq bizim üçün mühüm olan onun Allah Rəsulu ilə evlənəsi və möminlərin analarından biri ünvanını qazanmasıdır. Evliliyin uzun və ya qısa çəkməsi və haqqında az miqdarda məlumat olması bu şərəfi kölgələyə bilməz.

Həzrət Peyğəmbərin (s.ə.s.) Baki Məzarlığında dəfn edilən ilk xanımı olan Zeynəb bintu Huzeymənin cənazə namazı şəxsən Peyğəmbərimiz (s.ə.s.) tərəfindən qıldırılmışdır.

Mübarək anamızın həyatından çıxarılacaq ibrətlər

  1. İnsanın bütün həyatına təsir edəcək bir evlilik təklifi qarşısında o, Allah və Rəsuluna bəslədiyi məhəbbət və təslimiyyəti göstərmiş və öz qərarını belə Allah Rəsulunun (s.ə.s.) seçiminə buraxmışdır. Bu da mömin qadın və kişilərin Allah Rəsulunun əmr və hətta tövsiyələrinə nə dərəcədə təslimiyyət göstərməli olduğuna dair çox gözəl bir örnəkdir.
  2. Bu mübarək anamız digər xanımlar ilə məşğul olmaqdan uzaq durub yoxsulların dərdləri ilə maraqlanır, onları bir ana şəfqəti ilə bağrına basır və təsəlli edirdi. Bizlər də Zeynəb bintu Huzeymə anamız kimi dünyanın keçici məşğuliyyətlərini tərk edib, möminlərin dərdlərinə mərhəm olmağa və axirət sərmayəmizi yığmağa çalışmalıyıq.
  3. Zeynəb bintu Huzeymə anamızın Peyğəmbərimizi (s.ə.s.) çətinliyə salacaq istəkləri olmaz, qısqanclığa etibar etməzdi. Rəsulullah (s.ə.s.) və möminlərin təqdirini qazanmaq ona bəs edirdi. Biz də mübarək anamız kimi həyat yoldaşlarımızı çətinliyə salmamalı və həddən artıq qısqanclıqla onları bezdirməməliyik.
  4. Müxtəlif səbəblərdən insan bir neçə dəfə evlənmiş, evlilik həyatında da böyük çətinliklər yaşamış ola bilər. Mühüm olan Haqq yolunda ixlas və istiqamətimizi itirməməkdir. Zeynəb anamız da istiqamət üzrə yaşadığı qısa ömrünü əvvəl “yoxsul və kimsəsizlərin anası”, sonra da “möminlərin anası” olma şərəfi ilə ən gözəl şəkildə dəyərləndirərək əbədi aləmə köçmüşdür. Mühüm olan ömrün qısa və ya uzun olması deyil, necə dəyərləndirildiyidir... 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)