HƏR YERDƏ İLAHİ KAMERALAR

 

Hər birimizin qarşılaşdığı bir hadisə var. Müasir zamanın tələbi olaraq xüsusilə böyük mağazalarda və obyektlərdə gizli kameralar quraşdırılması ilə qarşılaşırıq. Mağaza girişlərində “diqqət, kamera çəkir” yazısını hamımız oxumuşuq. Bir çox hallarda isə bu kameralar sözün həqiqi mənasında gizli quraşdırılmaqda və cinayətkarlar iş başında yaxalanmaqdadırlar. Bu, insanların hesab gününü unutmasından və hər anımızı çəkən ilahi kameralar tərəfindən çəkilməsinə laqeyd yanaşmasının bir nəticəsidir əslində. Halbuki dünyada yaşayarkən atdığımız hər addım, dediyimiz hər söz, hər baxışımız, fikirlərimiz belə ilahi arxivdə qeyd olunur. Bizi gözləyən böyük bir gerçək var: ölüm və hesab.

Elə bir hesab günü ki, etdiklərimizin də hesabını verəcəyik, etməli olduğumuz halda etmədiklərimizdən də hesaba çəkiləcəyik.

O gün hamı öz videosunu izləyəcək. Dəlil ortada ikən heç kim etdiklərini inkar edə bilməyəcək. Dünyada gizli işlədiyi günahı ortaya çıxan insanın utancından daha böyük utanc bürüyəcək insanı. Çünki qarşımızda dost-tanış, qohum-əqrəba deyil, Allah olacaq.

Hələ fani dünyada bu qədər utanc verən, üz qızardan bir hadisə kim bilir Yaradanın hüzurunda nə qədər xəcalət verəcəkdir. Bu dünyada doldurduğumuz kasetləri məhşər meydanında, Allahın hüzurunda izləmək necə də dəhşətvericidir.

Çiyinlərimizdəki operatorlar tərəfindən qeyd olunanların dünyadakı gizli kamera qeydlərindən ən böyük fərqi gizli olmamasıdır əslində. Allah-Təala hamımızı bu qeydlərin aparıldığı mövzusunda xəbərdar edir. Edib-etməyəcəyimiz əməlləri də bildirir.

Son zamanlar 3 ölçülü görüntülər dəb halını aldı. İlahi kameraların neçə ölçülü çəkdiyini bilmirik. Yalnız ilahi kameradır ki, ürəyimizdən nə keçirdiyimizi, niyyətlərimizi yazır.

Görəsən, məhşər günü məsciddə namaz qılarkən çəkilən videosunu izləyən adam nə hiss edəcək? Allah üçün deyil, hansısa dünyəvi mənfəət uğruna namaz qıldığı ortaya çıxan bir insanın nə qədər utanacağını təxmin etmək mümkündür.

Çiynimizdəki kameralar harada yalan danışdığımızı da anında qeyd edir. Müştərisinə yalan danışan müsəlman görünüşlü yaşlı bir tacir nə qədər utanacaq halbuki…

Yoxsula yardım edərkən bunu hamının gözü önündə edənlər “sağ əlin verdiyini sol əl bilməsin” düsturunu qoyan Allahın eyni zamanda mələklərini niyyətlərimizi də yazan kameralarla təchiz etdiyini unudurmu?

Statistikaya görə İngiltərədə insanlar küçədə, qatarda, avtobusda, meydanda, mağazada, bir sözlə hər yerdə üç milyon kamera vasitəsilə nəzarətdədirlər. Beş min ədəd radarsa sürücüləri davamlı olaraq çəkir. İngilis İnsan Haqqları Təşkilatı bu tətbiqatın insan haqlarına zidd olduğunu söylədi. Bunu casusluq olaraq xarakterizə edən təşkilat yaxın vaxtlarda paltarlara da qum dənəsi böyüklüyündə elektronik cihazlar taxılacağını və insanların evlərində də izləniləcəyini irəli sürdü.

Məlumatlara görə İngiltərədəki kameraların sayı dörd il ərzində iyirmi beş milyona çatacaq. Bu iki adama bir kamera düşəcəyi mənasına gəlir.

Əslində isə hamının çiynində iki kamera var və həyatı buna görə yaşamalıyıq…

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)