Gözlərə qulluq

Gözlər qəlbin aynasıdır deyirlər. Odur ki, gözün sağlamlığını və gözəlliyini həm daxili, həm də xarici təhlükələrdən vaxtında qorumaq vacibdir. Göz, görmə funksiyasını təmin edən orqandır. Bir çox canlı orqanizmdə görmə sisteminin tərkib hissəsi olub, dalğaların işıq diapazonundan elektromaqnit şüalanmasını qəbul edərək onu elektrokimyəvi siqnal şəklində neyronlara ötürür. Gözün əsas hissəsi mayedən ibarətdir. Qanda filtrə olunan xüsusi mexanizmlə hər dəqiqə yaranan maye gözü təmin edir və xaric olunur. Mayenin əsas funksiyası gözün optik mühitini qidalandırmaqdır. Göz təzyiqini tənzimləyən həmin maye normadan artıq olduqda, göz təzyiqinin yüksək olmasına səbəb olur. Qan təzyiqi kimi göz təzyiqi də mövcuddur ki, vaxtında tənzimlənməməsi görmə qabiliyyətinin tamamən yoxluğuna gətirib çıxarda bilər. Bu səbəbdən hər bir insan göz təzyiqinin yuxarı və ya aşağı olduğunu müəyyən etməlidir. Normal göz təzyiqi 22-dən yuxarı  olmamamlıdır. Lakin istisnalar da var. Genetik baxımdan bəzi insanlar üçün norma hesab edilən göz təzyiqi, digərləri ilə müqayisədə yüksək ola bilər. Genetik göz zəifliyi, görmə qabiliyyətini zədələyən ciddi problemləri aradan qaldırmaq üçün mütləq mütəxəsis müdaxiləsi lazımdır. Lakin bunun xaricində olan problemləri tam olmasa da, qismən aradan qaldırmaq mümkündür. Görmə qabiliyyətini zəiflədən bir neçə səbəblər mövcuddur:

1. Texnoloji vasitələrdən həddindən artıq istifadə (kompüter, mobil telefon, televizor və s.) problemlər.

2. Düzgün qidalanmamaq, bəzi vitaminlərin orqanizmdə defisiti

3. Yaşla əlaqədar olan göz zəifliyi və s.

Müasir dövrümüzdə kompüter və mobil telefonlardan həddən artıq istifadə gözün görmə qabiliyyətini zəiflədir. Dünya mütəxəssislərinin araşdırmalarına görə, sağlam gözlərə sahib olmaq üçün bəzi tövsiyələrə riayət etmək kifayətdir.

Ən azı ildə bir dəfə oftalmoloq və ya okulist müayinəsindən keçmək vacibdir. Kompüter arxasında çalışarkən göz və monitor arasında 1 qol qədər məsafə olmalıdır. Monitorun göz səviyyəsindən bir qədər aşağı olması məsləhət görülür. 40-50 dəqiqə çalışdıqdan sonra ətrafı gəzmək göz yorğunluğunu  aradan qaldırır. Kompüter arxasında oturarkən onurğa bel sümüyünü düz saxlamaq lazımdır. Uzun müddət çalışdıqdan sonra kompüter və ya mobil telefon ekranından yan tərəfə baxaraq gözü  bir neçə saniyə dayanmadan qırpmaq, göz bəbəyini qurumaqdan, qıcıqlanmaqdan, həm də gözdən maye ixrac olunduğuna görə yüksək  göz təzyiqindən qoruyacaq. Monitora baxarkən göz qamaşdırıcı işığa qarşı xüsusi eynəkdən istifadə etmək məsləhət görürülür. Görmə qabiliyyətini möhkəmləndirmək üçün mütəxəssislər bəzi qidaları (qarağat, yerkökü, balıq, balqabaq və süd məhsulları) qida rasionuna əlavə etməyi tövsiyə  edir. Bəzi gimnastik hərəkətlər də gözlərin sağlamlığını qoruyur. 5 saniyə bir nöqtəyə gözləri qırpmadan tam açaraq baxmaq göz gərginliyini ardan götürür. Gözlərin sağlamlığıyla  bərabər, gözəl görünməsi də xüsusi ilə xanımları maraqlandıran mövzulardan  biridir.

Göz ətrafı dəridə piy hüceyrələri demək olar ki, olmadığından qocalma prossesi ilk olaraq  bu nahiyədə müşahidə olunur. Gözaltı şişlər, qara kölgələr və qırışların əsas səbəbləri xroniki yorğunluq, daxili orqanların xəstəliyi və yaşla əlaqədar olan problemlərdən əmələ gəlir. Bu xoşagəlməz halların qarşısını almaq üçün bir neçə sadə üsulları sizə təqdim edirik:

Gözləri səhər-axşam göz ətrafı nahiyə üçün nəzərdə tutulan gellər vasitəsi ilə yüngül şəkildə masaj etmək, gecə yatmadan öncə su və ilıq süd ilə balı qarışdırıb içmək gözaltı dəriyə müsbət təsir göstərir. Yatmazdan əvvəl rahatlandırıcı duş qəbul etsək, üzümüzü yuyacağımız suya nanə və çobanyastığı dəmləməsi əlavə etsək daha yaxşı olar. Bəzi kosmetoloqların fikrinə görə yatarkən hündür yastıqdan istifadə etmək gözaltı şişkinliyi yaradan əsas səbəblərdən biridir.

Hər zaman gözəl və sağlam qalmaq ümidi ilə, hələlik...

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)