Ballınanə

Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca çətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür. Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə çayı əsəblərinizi tam sakitləşdirəcək.

            Sağlamlıqla bağlı növbəti yazımızda ballınanə bitkisinin faydalarını sizə təqdim edirik.

Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melisa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.

Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Çiçəkləri xırda, ağ rəngdə, ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə, qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. Azərbaycanda dərman bədrənci Böyük Qafqazın Quba massivi və qərb rayonları, Kiçik Qafqazın şimal və mərkəzi rayonları, Kürdüzənliyi, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Əsasən meşə və meşə kənarı kolluqlar, bağ və bostanlarda bitir.

Flavonid, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddəsi və aromatik birləşmələrlə zəngindir. Farmokopeyaya daxil olan rəsmi dərman bitkisidir. Praktiki, eksperimental və xalq təbabətində, eləcə də farmokologiyada və baytarlıqda geniş tətbiq edilir.

1. Sinir sisteminə olduqca müsbət təsir göstərir

2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır.

3. Stressə qarşı təsirli vasitədir

4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir

5. Normal yuxunu təmin edir

6. Ödqovucudur

7. Həzmi asanlaşdırır. Ballı nanə həzm sisteminə yaxşı təsir etməklə yanaşı, qastritə qarşı da effektlidir. Ballı nanənin təsirini artırmaq üçün onu adi nanə ilə qarışdırıb istifadə edin.

8. Ürəyin fəaliyyətini normallaşdırır

9. Orqanizmin immun sistemini gücləndirir

10. İştahanı yaxşılaşdırır

11. Yaraları sağaldır.

Miçiqan Universitetinin professorlarının apardıqları araşdırmalar göstərib ki, ballı nanə virusları yox edir. Bitkinin tərkibindəki turşular yaraların daha tez sağalmasına səbəb olur. Ağız içində olan yaralara qarşı da istifadə edilə bilər.

 

12. Alzaymerlə mübarizə

Tibbi araşdırmalar ballı nanənin alzaymer xəstəliyinə yaxalanmaq riskini azaltdığını sübut edib. Həmçinin mütəmadi olaraq ballı nanə çayı içən alzaymer xəstələrinin vəziyyətinin yaxşılaşdığı, xəstəliyin əlamətlərinin azaldığı müşahidə edilib.

13. Gözəllik

Ballı nanə dəri üçün də faydalıdır. Dərini təmizləyir, sızanaqları yox edir. Ballı nanə yağı dərini qurutduğu üçün quru dəri tipinə sahib olanlara tövsiyə edilmir.

Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.

Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.

Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə “oğul otu” deməyiblər.

Ballı nanəni mətbəxdə də istifadə edə bilərsiniz. Dünyanın ən məşhur aşpazları yeməklərə xüsusi tam vermək üçün bu bitkidən istifadə edirlər. Siz də ballı nanəni balıq yeməklərinə, salatlara, meyvə salatlarına və toyuq xörəklərinə əlavə edə bilərsiniz.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)