Tskan ləzgi yeməyi

Ərzaqlar:

250 qr. qiymə

1 ədəd soğan

1 st. bişmiş noxud

1 armudu st. yumru düyü

7 x.q. qatıq

1 yumurda

2 x.q. un

3 x.q. duru yağ

1 x.q. kərə yağ

1 x.q. quru nanə

Duz, istiot

Hazırlanması:

Soğanı rəndənin xırda gözündən keçirib qiyməyə qatırıq. Duz, istiot vurub yaxşı qarışdırırıq. Yarım saat soyuducuda saxlayırıq. Dərin qazana düyünü yuyub tökürük, üzərinə iki litrə su əlavə edib bişməyə qoyuruq. Unun 1 x.qaşığını siniyə yayırıq. Ətdən noxud böyüklüyündə küftələr edib sinidəki una bulayırıq. Tavada duru yağda küftələri biraz bişiririk. Sonra düyü qazanına ətləri və bişmiş noxudu qatırıq. Qatığa yumurtanı və 1 x.q. unu töküb qarışdırırıq. bu qarışığı da qazana əlavə edib bişiririk. Balaca tavada kərə yağını əridirik, üzərinə nanə əlavə edib qazana töküb 5 dəqiqə bişirib ocağı söndürürük. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)