Südlü plov

Ərzaqlar:

1 l süd

0.5 kq düyü

Duz

150 qr kərə yağı

Xurma, kişmiş

Qazmaq üçün:

1 xörək qaşığı un

1 ədəd yumurta

Bişmiş düyü

Zəfəran, sarıkök, hil

Bəzək üçün xurma, kişmiş kənarda bişirilib üstünə əlavə edilir.

Hazırlanması:

Süd qaynayan zaman düyü əlavə edilir, süd azalıb çəkiləndə götürülür. Qazan bükülü halda yarım saat saxlanılır. Daha sonra siniyə boşaldıb düyüləri çəngəllə bir - birindən ayırırıq. Qazanın dibini yağlayıb qazmaq üçün olan ərzaqları qazanın dibinə əlavə edib düyünü tökürük. Ən sonda dəmə qoyuruq. Qazmaq tutduqdan sonra dəmdən götürüb üzərini xurma və kişmişlə bəzəyərək servis edirik.

Qeyd: Xurma və kişmişi yağ və su əlavə edərək bir az bişiririk.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)